booked.netbooked.net booked.net  

Rusiya Federasiyasında koronavirusa qarşı vaksin vurduran Moskva sakinləri avtomobil uduşlarında iştirak edəcəklər.

"TEZADLAR.AZ" xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanın öz rəsmi səhifəsində məlumat verib. O, bildirib ki, iyunun 14-dən iyulun 11-dək peyvənd olunan paytaxt sakinləri arasında 5 ədəd avtomobilin uduşları ilə bağlı lotoreya oyunları keçiriləcək.

Qeyd edək ki, vaksinasiya ilə başlı təşviqin bu sayaq aparılmasına səbəb, son bir həftə ərzində Rusiya paytaxtında koronavirusun yayılması ilə bağlı vəziyyətin kəskin şəkildə pisləşməsi olub.

Ria Novosti-nin yaydığı məlumata görə, yeni diaqnoz qoyulmuş xəstələrin sayı pik həddə çatıb, xəstəliyi ağır keçirənlər arasında orta yaşlı, hətta gənc insanlar da çoxalıb.
Sobyanin yoluxma sayını dayandırmaq üçün işçilərin maaşlarının saxlanılması şərti ilə, 15-19 iyun tarixlərinin qeyri-iş günləri olması barədə fərman da imzalayıb. Beləliklə də Moskvadakı  tətil - "ən uzun həftə sonu" 9 gün davam edəcək (iyunun 12-dən 20-dək).
Bundan əlavə, epidemioloji vəziyyətə görə 13 iyun tarixindən etibarən işəgötürənlərə də bir çox tövsiyələr edilib.

Beləliklə, 14 iyun - 11 iyul 2021-ci il tarixində COVID-19 peyvəndinin ilk komponentini alan vətəndaşlar avtomobil uduşunun iştirakçısı olacaqlar. Həftədə bir dəfə, təqribən 1 milyon rubl dəyərində olan 5 avtomobil oynanılacaq.
Püşkatma nəticələri barədə məlumat 23 iyun tarixindən etibarən, çərşənbə günü Moskva 24 telekanalının efirində elan ediləcək.
Peyvəndlənməni stimullaşdırmaq üçün əlavə bir proqramın həyata keçirilməsinə maliyyə dəstəyini isə  "SberBank", "Lukoil", "Meqafon", "Rosneft", "Rusiya Dəmir Yolları", "Severstal", "VTB" və bir sıra digər şirkətlər də daxil olmaqla ortaq şirkətlər tərəfindən verilmişdir.
Bundan əlavə, 27 apreldən etibarən Moskvanın peyvən olunmuş yaşı 60-dan yuxarı olan sakinləri üçün də təşviq proqramı həyata keçirilir. Moskva icbari tibbi sığorta polisi olan və koronavirusa qarşı ilk peyvəndini alan yaşı 60-dan yuxarı olan şəhər sakinləri, nominal dəyəri 1000 bal (rubl) olan bir hədiyyə kartı və ya eyni məbləğdə bir promosyon kodu ala bilərlər. Bu pulu "Milyon Mükafat" proqramının tərəfdaşları olan mağazalarda, apteklərdə və kafelərdə gündəlik tələbat olan malların və xidmətlər üçün xərcləyə bilərlər.

Lotoreya Moskva şəhər hakimiyyətinin vaksinasiyanın stimullaşdırılması üzrə proqramı çərçivsində baş tutacaq.



Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN