booked.netbooked.net booked.net  

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin Ermənistan-Azərbaycan sərhədində ermənilərin təxribatı nəticəsində baş vermiş qanlı toqquşma ilə bağlı fikirlərini oxucularımıza təqdim edirik:

-Sərhəddə atəşsin pozulması, baş verən hərbi münaqişəni siyasi baxımdan necə şərh edərdiniz?

-Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasında 2020-ci ilin 10 noyabrında üçtərəfli müqavilə imzalanıb, üç dövlət öz üzərinə öhdəlik götürüb. Ermənistan Azərbaycan arasında böyük sülhün bağlanması üçün 10 noyabrda imzalanmış öhdəlik yerinə yetirilməlidir. Sərhəddə baş verən son hadisə Ermənistan Baş naziri Paşiniyan tərəfindən hazırlanmış bir təxribatın tərkib hissəsidir. Dünya içtimaiyyəti, o cümlədən Ermənistanda gözəl anlayırlar ki, atəşkəsi pozmaqla, bu cür təxribatlar törətməklə   Azərbaycan ordusu geri çəkilməyəcək. Onda sual doğur: Ermənistan bu atəşkəsi niyə pozur, təxribatlar nəyə hesablanıb? Məsələyə bir qədər geniş məcrada baxmaq məqsədə uyğun olardı. Atəşkəsin pozulması Azərbaycan tərəfinin maraqlarına uyğun deyil. Ona görə ki, atəşkəsin pozulması 10 noyabr sazişinin müddəalarının həyata keçməsinə mane ola bilər, 10 noyabrda imzalanmış sənədin bütün müddaları Azərbaycanın maraqlarına uyğundur, bu baxımdan sərhəddə baş verən hadisə Azərbaycanın maraqlarına uyğun deyil.

İkincisi, Paşinyanı hakimiyyətə gətirən güclər, daha doğrusu, ABŞ siyasi dairələri Paşinyandan tələb edir ki, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin. 44 günlük müharibə ABŞ-ın Cənubu Qafqazda planlarını pozdu. ATƏT-ın fəaliyyətinin dayanması, Paşinyanın hakimiyyətinin zəifləməsi, Ermənistan-Azərbaycan arasında sülh təşəbbüsünün Rusiyanın nəzarətinə keçməsi bunlara bariz nümunədir. ABŞ siyasi dairələri  Paşinyan üzərindən Cənubu Qafqazda fəalyyətlərini gücləndirmək istəyirdilər. Fikir verirsinizmi, sərhəddə atəşkəs pozulan kimi Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi növbəti brifinqdə “Ermənistanla Azərbaycan arasındakı münaqişənin hərbi yolla həlli yoxdur bəyanatını səsləndirir. Ermənistan işğalçı dövlətdir, bu barədə BMT-nin 4 məlum qətnamələri var, amma işğalçı Ermənistan ABŞ, Fransa və digər dövlətlər tərəfindən himayə edilir, onlara siyasi və maddi dəstək verilir. Hətta Fransa Ermənistan-Azərbaycan sərhədində baş verənləri müzakirə etmək üçün BMT TŞ-nin iclasını çağırır. Amma 30 ilə yaxın bir dövrdə münaqişə ilə bağlı  BMT-nin məlum qətnamələrinin içrası ATƏT tərəfindən (ABŞ, Fransa, Rusiya) icra edilmədi. Necə olur, ABŞ Donbasda, Luqanskda separatçıları məhv etmək üçün Ukrayna hakimiyyətinə “HİMARS” raketləri verir, onları müharibəyə sövq edir. Azərbaycan öz ərazisini işğalçılardan azad edəndə təxribat törədən, sərhədlərimizi atəşə tutan ermənilərə cavab verəndə ultimativ xarakterli bəyanatlar verilir?! Ermənistan sanksiyalara məruz qalmır, əksinə, himayə olunur. ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyə münasibət bildirərkən deyib ki, biz (yəni ABŞ) həmişə narahatıq ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün hansısa şəkildə (Ermənistan-Azərbaycan arasında) yanğını körükləməyə çalışacaq. ABŞ Dövlət katibinin məntiqinə görə, hadisə Rusiyanın sifarişi ilə törədilib. Əvvala, Paşinyan Rusiyanın kadrı deyil, bu illər ərzində ABŞ-ın sifarişini yerinə yetirib. İkincisi, 10 noyabr sazişi Rusiya Prezidentinin təşəbbüsü və iradəsi ilə imzalanmışdı, o zaman Avropa İttifaqı, eləcə də ABŞ rəsmiləri bu sənədi alqışlamış və təqdir etmişdilər. Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, hər dəfə bir bəhanə gətirməklə, təxribatlar törətməklə 10 noyabr sazişinin müddalarının icrasından yayınır. Çünki sülhə aparan yol 10 noyabr sazişi müddalarının icrasından keçir. Rusiya Prezidenti dəfələrlə Ermənistan rəhbərliyinə çağırış etmişdi ki,  öhdəlikləri yerinə yetirsin. Dövlət katibi Entoni Blinkenin bəyanatı onu deməyə əsas verir ki, ABŞ Rusiyanın Cənubu Qafqazda fəalyyətinə kölgə salmağa çalışır. Hadisələrin təhlili göstərir ki, Ermənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən törədilən təxribat siyasi sifarişdir...

Təqdim etdi: A.Məmmədli

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN