Ermənistanın son hərəkətlərinin adı yoxdur... Düşmən nə istəyir? 44 günlük müharibənin acı nəticələrini yenədəmi yaşamaq istəyir?

Budur, Rusiya sülhməramlıların "gözündən yayınan" erməni silahlıları Azərbaycan Ordusunun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutub. Tezadlar.az Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadla bildirir ki, dünən noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 08:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

 Bəli, düşmən sakitləşmir. Amma görünür, sakitləşdirmək lazımdır. Və hiss olunur ki, düşmən 44 günlük müharibədən nəticə çıxarmayıb. Daha doğrusu, bəxtini bir də sınamaq istəyir. Bilə-bilə ki, bu dəfə nəticə daha ağır olacaq...

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA