booked.netbooked.net booked.net  

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümüdür...

Avropa İttifaqının 27 ölkəsinin liderləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümü ərəfəsində birgə bəyanatla çıxış ediblər.

Onlar bəyanatda vurğulayıblar ki, Aİ Ukrayna qalib gələnə və müharibədən sonra yenidən bərpa olunana qədər Aİ sakitləşməyəcək və  siyasi, iqtisadi, humanitar, maliyyə və hərbi sahələrdə dəstəklərini davam etdirəcəklər.

Vurğulanıb ki, Ukrayna “Avropa ailəsinin bir hissəsidir” və Ukrayna xalqı “demokratiya və azadlığı müdafiə etməkdə qətiyyət, Rusiyanın cinayətləri ilə üzləşdikdə çətinliklər və ləyaqət qarşısında dayanıqlılıq” nümayiş etdiriblər.

“Avropa İttifaqı Ukraynanı siyasi, iqtisadi, humanitar, maliyyə və hərbi sahələrdə, o cümlədən Avropa sənayesindən sürətli koordinasiyalı alışlar vasitəsilə dəstəkləməyə davam edəcək.

Biz, həmçinin Ukraynanın yenidən qurulmasını dəstəkləyəcəyik, bunun üçün Aİ və beynəlxalq hüquqa uyğun olaraq dondurulmuş və hərəkətsizləşdirilmiş Rusiya aktivlərindən istifadə etməyə çalışacağıq.

Biz bundan sonra da işğalçılıq müharibəsini dayandırmaq üçün Rusiyaya qarşı kollektiv təzyiqi artırmağa davam edəcəyik”, - deyə Avropa liderləri bildiriblər.

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb. Lakin sanksiyalar paketi  elə bir nəticə verməyib...

... Artıq 1 ildir ki, Ukraynada günahsız insanların qanı axıdılır, şəhər və kəndlər xarabazara çevrilir, iqtisadiyyata milyonlarla dollar ziyan dəyib. Bu müharibə, nəinki Ukrayna və Rusiya, ümumilikdə bütün dünya iqtisadiyyatına təsirsiz ötüşməyib... Ərzaq qıtlığına, bahalaşmaya... səbəb olub.

İki ölkə arasında sülhə nail olmaq isə hələ də alınmayıb və müharibənin bitmə tarixi ilə bağlı verilən siyasi proqnozlar da özünü doğrultmayıb.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA