booked.netbooked.net booked.net  

"Avropa İttifaqı və İsveç səfirlərinin Saakaşvilinin Polşaya köçürülməsini tələb etdiyi kimi məlumat həqiqətə uyğun deyil".

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirirnki,  bu barədə Ədliyyə naziri Rati Breqadze keçirdiyi birifinq zamanı qeyd edib. Onun sözlərinə görə, görüş zamanı səfirlərə Gürcüstan dövlətinin Saakaşvilinin hüquqlarını qorumaq və onun sağlamlığının müalicəsi üçün gördüyü işlər barədə məlumat verib: "Təbii ki, başqa məsələlərlə bağlı da söhbət olub, lakin mən bu barədə geniş danışmayacağam, çünki bu, səfirlərlə razılaşmadır ki, biz təfərrüatlı məzmunlu məsələlərdən danışmayacağıq. Avropa İttifaqının səfiri bununla bağlı açıqlama verib və o, həmçinin qeyd edib ki, biz məhkum Saakaşvili ətrafında yaranmış vəziyyətlə bağlı bütün məsələlərlə bağlı kifayət qədər geniş və səmimi söhbətimiz olub”.

Lakin Avropa İttifaqının Gürcüstana son təzyiqləri onu deməyə əsas verir ki, Saakaşvili tezliklə xarici ölkələrdən birinə müalicəyə yola salınacaq. Gürcüstan hakimiyyəti, onu həbsdə saxlamaqla ağrımayan başına buz bağlamış kimidir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN