booked.netbooked.net booked.net  

Nəhayət, Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi imzalamaq məsuliyyətini öz üzərinə götürüb...

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə bir qəti bəyanat verib. Paşinyan bildirib ki, parlamentin iclasında bununla bağlı mövqeyini bildirib: “Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.

N.Paşinyan söyləyib ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.

*** 

Bəli, Ermənistanda da başa düşürlər ki, Azərbaycanla düşmənçilik bu ölkəni nəinki zəlil, həm də əlil bir günə salmaqdadır.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN