booked.net booked.net  

"Gürcüstanda baş verənlər Kiyevdəki “Maydanı” çox xatırladır".

Tezadlar.az Azadlıq Radiosu-na istinadla xatırladır ki, bu fikirləri Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın “Birinci” kanalında yayımlanan “Böyük oyun” verilişinə müsahibəsində deyib. Lavrov çıxışı zamanı Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstandakı vəziyyətlə bağlı açıqlamalarını “ikiüzlülük” adlandırıb.
O, qeyd edib ki, Qərb Gürcüstan və Moldovada müxalifətin etirazlarına qarşı tam fərqli münasibət göstərir: “Vətəndaş cəmiyyətinə (Gürcüstanda) bu cür münasibətin yolverilməzliyini pafoslu tonda bəyan edən Qərbin, eyni Dövlət Departamentinin mövqeyi təbəssüm yaradır. Gürcüstanda müxalifət nəinki istədiyini edə bilir, etməyə borcludur, Moldovada isə indiki hakimiyyətə etirazlar pislənir, çünki Gürcüstanda müxalifət Qərbin maraqlarını, Moldovada müxalifət isə başqa maraqları əks etdirir. Əslində biz etirazlarla bağlı iki oxşar vəziyyətin şahidi oluruq, lakin onlara münasibət kökündən fərqlidir. Rusiyanın qonşuları ABŞ-ın maraq zonasına cəlb olunma kursunun nə qədər təhlükəli olmasından nəticə çıxarmalıdırlar”.

Lavrov xüsusi olaraq vurğulayıb ki, Gürcüstanda baş verən son hadisələr kənardan idarə olunur və Rusiya sərhədlərində xoşagəlməz hal yaratmaq istəyindən irəli gəlir.

Gürcüstan siyasi rəhbərliyi isə hələki Lavrovun bu fikirlərinə reaksiya verməyib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN