booked.netbooked.net booked.net  

“Ukraynaya yanaşmada biz nə diplomatiya, nə də bizə uyğun tarixi həmrəylik nümayiş etdirmişik".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri ölkə prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatını təqdim edərkən deyib. Sitat: “Biz BMT-nin qətnamələrinə qoşuluruq, ancaq digər bütün mənəvi və siyasi həmrəylik çağırışlarına qoşuluruq, yoxsa bundan uzaqmı dururuq?. Fevralın 25-də tamamilə yersiz bir formada bəyan etdik ki, biz sanksiyalara qoşulmuruq. Əksinə, deyə bilərdik ki, biz özümüz milli sanksiyalar tətbiq edə bilmərik, amma beynəlxalq sanksiyalara qoşuluruq. Bizdən və ya Moldovdan heç kim artıq heç nə istəmədi. Bütün Avropanın (Rusiyadan) uzaqlaşmaq zərurətini hiss etdiyi bir vaxtda biz onlardan qaçdıq, Avropa İttifaqının qoyduğu məhdudiyyətlərə qoşulmadıq.  Son iki ildə biz Rusiyanı qıcıqlandırmamaq üçün nəzərəçarpacaq dərəcədə diqqətli olmuşuq, bu, başa düşüləndir, amma dostlarımıza və tərəfdaşlarımıza niyə eyni nəzakət və diqqətlə yanaşmamağımız başadüşülən deyil. Nəticədə bu gün biz, ənənəvi olaraq bizə dəstəyi ilə seçilən Avropa ölkələri ilə diplomatik münasibətləri korladıq. Bu son iki ildəki ritorika və əməllərlə siz 9 il hakimiyyətinizinin yolunu dəyişdirdiniz, xalqınızın, seçicilərinizin iradəsindən, mandatından kənara çıxmısınız. Bütün bunların nəticəsində 2022-ci il iyunun 17-də Gürcüstan namizəd statusunu ala bilmədi”.

Zurabişvili artıq neçənci dəfədir ki, hökuməti sərt tənqud edir. Əsasən də Ukraynaya və Saakaşviliyə münasibətə görə.

XƏYYAM

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN