booked.netbooked.net booked.net  

Hərbi jurnalist Tatarskinin öldürülməsi yeni qalmaqalların mövzusu oldu...

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Müharibə İnstitutunun analitikləri hesab edirlər ki, Maksim Fominin (Vladlen Tatarski) öldürülməsi Rusiyada daxili mübarizədən xəbər verə bilər. Sitat: “Fominin öldürülməsi Kremlin Ukraynadakı müharibə ilə bağlı əsas təbliğat tezislərini getdikcə daha çox şübhə altına alan Priqojinə xəbərdarlıq da ola bilərdi”.
 Xatırladaq ki, partlayış Ukraynada əsas döyüşən qüvvə olan "Vaqner"in rəhbəri Priqojinə məxsus barda baş verib. ISW analitikləri hesab edirlər ki, Fominin Ukraynadakı müharibə ilə bağlı Kremlin əsas təbliğat tezislərini tədricən şübhə altına alan və hətta Rusiya prezidentliyinə rəqib və ya varisi kimi maraqlı olduğuna işarə edilən sonuncuya xəbərdarlıq olaraq Fomin Priqojinin kafesində öldürülüb. Fominin tərcümeyi-halı və davranışı Priqojini xatırladır, çünki hər ikisi həbsxanada yatdıqdan sonra tanınmış ultramillətçi fiqurlara çevriliblər. Bununla belə, Fominin öldürülməsi həm də Priqojin və onun Vaqner PMC-nin iştirakı ilə Rusiyadaxili münaqişələrin kəskinləşməsi istiqamətində ümumi tendensiyanın bir hissəsi ola bilər. 

Maraqlıdır ki, rəsmi Kremilin əksinə olaraq aprelin 2-də Priqojin Fominin ölümündə “Kiyev rejimini” günahlandırmayacağını qeyd edərək, Ukrayna “agentlərinin” bu məsələdə iştirak etmədiyini demişdir. O, qeyd edirdi ki, Ukrayna hökumətinə aidiyyatı olmayan bir qrup radikal bu cür hücumlara görə məsuliyyət daşıya bilər. Həmin qrupu isə Kremilin içində axtarmaq lazımdır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN