booked.net booked.net  

 

Tezadların dünənki səhifəsində İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfəri barədə yazı dərc etmişdi.

İran səfirinin bu səfəri geniş müzakirələrə yol açmış və haqlı olaraq azərbaycanlıların narazılığına səbəb olmuşdur. Baku TV də bu barədə maraqlı süjet hazırlayıb.Həmin süjetdə deyilir ki, “Report” xəbər verir ki, hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

Azərbaycan torpaqları 30 il işğalda qaldığı müddətdə rəsmi Tehranın mövqeyini oxumaq nə qədər çətin idisə, post-müharibə dövründəki regional siyasəti də bir o qədər şifrəli və ikibaşlıdır. Çünki topaqlarımız işğal altında olanda Ermənistanı hər sahədə dəstəkləyən, havadarlıq edən İran Ermənistan məğlub olandan sonra Azərbaycana yarınmağa başladı. 

Halbuki İran Azərbaycanın qələbəsini qəbul etsə də, sükutunu müharibədən uzun müddət sonra pozub. Qonşumuz qələbəmizi həzm edə bilmədiyini müharibədən sonra da Ermənsitana və Qarabağ ermənilərinə yardım etməklə əks etdirib.

Rəsmi Tehran gördü ki, Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib və bu məsələdə İran yoxdur. Ona görə də müəyyən layihələrlə, müxtəlif ideyalarla Azərbaycana kömək etmək istədiyini göstərmək üçün yollar axtardı.

Daha ətraflı Baku TV-nin süjetində:

 Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN