booked.net booked.net  

Ermənistanın siyasi rəhbərliyinin Rusiyanı pərt edən hərəkətləri davam etməkdədir...

Ötən gün daha bir addım rəsmi Moskvanın əsəblərini tarıma çəkmiş oldu. Belə ki, Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyasını boykot edib. Bəs buna səbəb nədir? Tezadlar.az "Ria Novosti"yə istinadla xatırladır ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məsələyə maraqlı arqumentlə aydınlıq gətirib. Qriqiryan deyib ki, Ermənistan KTMT-dən bir çox suallara cavab gözləyir. Onlardan biri də budur ki, Ermənistan 2021-ci ilin mayında və ötən ilin sentyabrında Azərbaycanla hərbi əməliyyatlar zamanı KTMT-dən yardım istəsə də, kömək gəlməyib. Sitat: " Həmin vaxtdan bizim KTMT-yə çoxlu suallarımız var və indiyədək suallara cavab almamışıq”.

Amma Qriqoryan anlamaq istəmir ki, KTMT üzv ölkəyə hücum edilərsə, kömək edə bilərdi. Azərbaycan isə hərbi əməliyyatları Ermənistanın işğal altında saxladığı öz ərazisində- Qarabağda aparıb və nöqtə.

Sadəcə, Qriqoryan deməli idi ki, Ermənistan uzun onilliklərdə olduğu kimi, indi də Rusiyadan hərbi yardım alıb bölgədə ərköyünlüyünü etmək istəyirdi, amma bu dəfə bu niyyət baş tutmadı.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA