Əfsanəvi kəşfiyyatçı, 2016-cı il Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenantRaquf Orucovun torpaqlarımızın azadlığı uğrunda canından keçən bütünhərbçilərimizin xatirəsinə həsr olunmuş,

20 yaşadək cüdoçular arasında (U-20) keçirilən lV "Raquf Orucov Kuboku" beynəlxalq turniri noyabrın 17-də başaçatıb. Turniri yaxından izləyən "Təzadlar"ın əməkdaşları xəbər verir ki, Bakı Əl Oyunları İdman Sarayında keçirilən turniri "Azman Holdinq”intərkibinə daxil olan “Judo Club 2012” idman klubu Gənclər İdmanNazirliyinin, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə təşkil edib.

Turnurdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan Şəxsi Neytral İdmançıları təmsil edən 48 klubdan 200-ə yaxıncüdoçu mübarizə aparıb.  Turnirin sonuncu günündə idmançılar -60 kq, -73 kq, -90 kq +100 kq çəkidərəcələrində qüvvələrini sınayıblarGərgin mübarizə şəraitində keçən yarışda -60 kq çəki dərəcəsində birinci yerəMurad Əliyev ("Uğur" İK, Sumqayıt) layiq görülüb. Əli Hacıyev ("Neftçi" Sumqayıt) ikinci, Murad Muradlı ("Judo Club 2012") Amin İsmayılov(ACF) üçüncü yerə sahib çıxıb.  73 kq çəki dərəcəsində isə "Judo Club 2012"nin yetirməsi Əbil Yusubov bütünrəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tacikistanıtəmsil edən İlhomiddin Cabbarov gümüş, Xudabaxış Əliyev ("Neftçi" Sumqayıt) Elxan Mirzəzadə (UGİŞİM, İsmayıllı) bürünc medallakifayətləniblər.

ec869819-1a8c-43da-b677-aea64c871251

Çəkisi -90 kq olan idmançıların mübarizəsində isə tacikistanlı Samoni Kisvarovbirinci olub. "Judo Club 2012"nin üzvü Tuncay Şamil yalnız finalda məğlubolaraq ikinci yeri tutub. Üçüncü yerlərə isə Davud Namazlı ("Judo Club 2012") Sergey Qacıyev (Şəxsi Neytral İdmançılar) sahib çıxıblar.

+100 kq çəki dərəcəsində isə "Judo Club 2012"nin üç üzvü Eldar Əliyev, ƏliMahmudov Ceyhun Dadaşov, müvafiq olaraq, ilk üç pillədə qərarlaşıblar.  Yarışın yekun nəticələrinə əsasən, Azərbaycan komandası 22 (6 qızıl, 5 gümüş, 11 bürünc) medalla IV "Raquf Orucov Kuboku" beynəlxalq turnirinin qalibiolub. Tacikistan komandası bir dəst medalla (1 qızıl, 1 gümüş, 1 bürünc) ikinci, aktivində bir gümüş medal olan Türkiyə komandası isə üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, şəhidlərimizin xatirəsinə hörmət ehtiram əlaməti olaraq təşkilolunan ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin döyüş ruhunungənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsininartırılması, idmançılar arasında dostluq yoldaşlıq münasibətlərininmöhkəmləndirilməsidir.

Onu da bildirək ki, ilk dəfə 2017-ci ildə keçirilənRaquf Orucov Kubokuturniriictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. 2018 2019-cu illərdə uğurla həyata keçirilən turnir koronovirus pandemiyası səbəbindən 4 illikfasilədən sonra bu il yenidən bərpa edilib.

Elçin MƏMMƏDLİ

8f105bc1-270f-455e-95c1-95883bfdf327

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN