Makron Fransasının Ermənistana ciddi-cəhdlə xoş sifət göstərməsi son vaxtlar daha qabarıq şəkildə özünü göstərir...

Səbəb hər kəsə, elə Makrona da, Ermənistanın qoltuq axtaran siyasi-hərbi rəhbərliyinə də yaxşı bəllidir... Amma Azərbaycana isə onların bilə bilmədiyi daha çox mətləblər bəllidir...

***

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlədir Fransanın siyasi rəhbərliyinə başa salmağa çalışır ki, Ermənistanı silahlandırmaqdan əvvəl güzgüyə və tarixə baxın. Sitat: "Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq... Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”.

Prezident İlham Əliyev bunu dünən- noyabrın 20-da Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib. İlham Əliyev bir daha deyib ki, bu və ya digər  qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq, bir o qədər də yaxşı olar. 

Yaxşı olar, əlbəttə, amma Fransa imkan versə... Təxminən 30 il də həmin bu Ermənistana Rusiya imkan vermədi, sonu isə dünyaya bəlli: Azərbaycan atalar sözündə deyildiyi kimi, it də getdi, ip də... Və Ermənistan çoxa nail olmaq istədi, azdan da oldu...

A.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN