booked.netbooked.net booked.net  

Ermənistanın Armavir vilayətinin keçmiş qubernatoru Ambartsum Matevosyan baş nazirin müavini təyin edilib.

 Ermənistan prezidenti Armen Sarkisyan bu barədə sərəncam  imzalayıb və həmin sənəd öz saytında dərc olunub. Sərəncamda qeyd edilib  ki, Ermənistanın baş nazirinin təklifinə əsasən,  Konstitusiyanın 131-ci maddəsinə, həmçinin “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Ambartsum Matevosyan Ermənistan Respublikasının baş nazirinin müavini vəzifəsinə təyin edilsin.

Matevosyanın Armavir vilayətinin qubernatoru vəzifəsindən istefası ilə bağlı qərarı isə artıq dünəndən  Paşinyan imzalayıb.

Xatırladaq ki, Suren Papikyanın Ermənistan Müdafiə Nazirliyinin rəhbəri təyin edilməsindən sonra baş nazirin müavini postu boş qalmışdı.

Qeyd edək ki, Paşinyanın  yeni müavininin 29 yaşı var. Ambartsum  Matevosyan  ABŞ-da təhsil alıb. O, ABŞ-da və Donetskdə yaşayıb- işləyib. 2016-2018-ci illərdə Ermənistanda Amerika Universitetində işləyib.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA