booked.netbooked.net booked.net  

Nəhayət, Ermənistanın siyasiləri ortaq məxrəcə gəlməkdən başqa yol görmür...

Təbii ki, bu da Azərbaycanın 44 günlük müharibə ilə bölgədə yaratdığı yeni reallıqla bağlıdır. “Yerevan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir”. Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan belə deyib. “Yerevan növbəti görüşdə Ankara ilə daha məzmunlu danışıqların olacağını gözləyir. Əgər gündəm kifayət qədər ciddi və məzmunlu olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünə bilərik. Amma məncə bu mövzu haqqında danışmaq tezdir”,- Rubinyan “Azadlıq” radiosuna müsahibəsində deyib. Rubinyanın sözlərinə görə, rəsmi Yerevan substantiv danışıqların aparılmasında maraqlıdır: “Əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır. İkincisi, diplomatik münasibətlərin qurulması. Biz mümkün olan hər şeyi edirik”.

Beləliklə, Ermənistanın başqa çıxış yolu yoxdur və özləri də bunu yaxşı bilirlər...

A.Məmmədli 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN