booked.netbooked.net booked.net  

Əhməd İsmayılov: “Cənab Prezidentin çağırışı jurnalistlərin peşəkar məsuliyyətini daha da artırır”

 Bu gün 18 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə olduqca maraqlı müzakirələr oldu. Mövzu isə hər bir Azərbaycan vətəndaşını düşündürən məsələyə həsr edilmişdi: media və ictimai nəzarət!
Tədbiri giriş sözü ilə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açdı. Natiq media və ictimai nəzarət müstəvisində qarşıda hansı vəzifələrin durduğunu izahladı. O, bildirdi ki, “İctimai nəzarətin fomalaşmasında medianın rolu”na həsr edilmiş tədbirdə də elə müzakirə olunan məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məsələlərə həsr edilib, ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın rolu əsas müzakirəmizin ana xəttini təşkil edəcək.
***
MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirdi ki, cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı bildirdi ki, mediada yer alan məlumatların mütləq əksəriyyəti öz təsdiqini tapır və bu haqda dərhal ölçü götürülür. Cənab Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur”.
Medianın İnkişafı Agentliyinin məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini vurğulayan Əhməd İsmayılov bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırdı. İcraçı direktor bu yaxınlarda geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul olunmuş və imzalanmaq üçün təqdim edilmiş “Media haqqında” qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacağını qeyd edərək adıçəkilən layihənin müddəalarının jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verdiyini bildirdi.
Olduqca səmimi və işgüzar şəraitdə keçən görüşdə çıxış edən media subyektlərinin rəhbər və nümayəndələri cənab Prezidentin ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı çağırışlarının media qarşısında yeni vəzifələr qoyduğu vurğuladılar... Müzakirələrdə qəzet və sayt rəhbərlərindən Yunus Oğuz, Alqış Həsənoğlu, Elçin Mirzəbəyli, Aydın Quliyev, Asif Mərzili, Aqil Ələsgər, Şakir Ağayev, Akif Aşırlı, Eldəniz El Gün, Aqil Camal və başqaları çıxış edərək təkliflərini verdilər.
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA