booked.netbooked.net booked.net  

Paytaxt Tbilisidə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd edilib.

 Azərbaycan ordusunun yaranmasının 104-cü ildönümü münasibətilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları və hərbi attaşe aparıtının zabitləri, eləcə də Türkiyənin bu ölkədəki səfirliyinin hərbi attaşe aparatının rəhbəri albay Burak Altınay və aparatın zabitləri Tbilisidəki Heydər Əliyev Parkında dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Onlar, müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri düzüblər. Qeyd edək ki, parka gələn turistlərə və şəhər ictimaiyyətinin nümayəndələrinə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, keçdiyi şərəfli yol barədə də ətraflı məlumatlar verilib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN