booked.net booked.net  

Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və onun qitə qurumu Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) milli subyekti və rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) “Rəqəmsal İdman Jurnalistikası” layihəsinin ikinci mərhələsinin ölkə turunun yekunlarına həsr olunmuş tədbiri keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katibi Azər Əliyev, AİJA prezidenti Eldar İsmayılov və qonaqlar iştirak ediblər.

 16947827063874618274_1200x630

Bu cür layihələrin önəmindən danışan Ç.Hüseynzadə bunun davamlı olmasını tövsiyə edib. Digər natiqlər çıxış edərək layihə haqqında məlumat veriblər. Ardınca AIPS prezidenti Gianni Merlo (İtaliya), AIPS Europe-nin prezidenti Çarlz Kamenzuli (Malta), AIPS Asia prezidenti Hee-Don Jung (Koreya), Pakistan İdman Yazarları Federasiyasının (PSWF) prezidenti Amjat Malik Azizin iştirakçılara videotəbriki çatdırılıb. Daha sonra pakistanlı idman jurnalistlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətdən başlayan təcrübə turunu özündə əks etdirən qısa videoçarx nümayiş etdirilib. Qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması və ailə fotosu ilə tədbirə yekun vurulub.

16947827305234612075_1200x630

Qeyd edək ki, AİJA ilə PSWF arasında imzalanan əməkdaşlıq memorandumunun şərtlərinə uyğun olaraq, Bakıda ZOOM platforması üzərindən "Rəqəmsal idman jurnalistikası" mövzusunda beynəlxalq təlimlərə start verilib. Bakı və regionlardan, həmçinin Pakistan, Əfqanıstan, Şri Lanka və başqa ölkələrdən 100-dən artıq iştirakçı AİJA-nın 1-ci vitse-prezidenti, AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadənin moderatorluğu ilə baş tutan təlimlərdə Gianni Merlo, AIPS-in 1-ci vitse-prezidenti Esat Yilmaer (Türkiyə), AIPS Futbol Komissiyasının sədri, çoxsaylı bestseller kitabların müəllifi, dünyaca məşhur idman jurnalisti Keyr Rednec (Böyük Britaniya), Çarlz Kamenzuli (Malta), Hee-Don Jung (Koreya), Amjat Malik Aziz, "Qətər 2022"nin Azərbaycandakı rəsmi yayımcısı İctimai TV-nin əməkdaşı, AİJA versiyasına görə "İlin idman jurnalisti" seçilmiş Elnur Əliyev, Pakistanın dijital media üzrə tanınmış mütəxəssisi, jurnalist Muhammad Asif Xan və başqalarının maraqlı mühazirələrini, tövsiyə və təcrübələrini bölüşüblər, mentorlarla canlı debata giriblər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, təlimlərdə iştirak edən 7-si gənc olmaqla 9 nəfər pakistanlı idman jurnalisti bu il sentyabrın 9-dan Bakıda təcrübə mübadiləsi səfərindədir. Yaxın aylarda layihənin Pakistan turu çərçivəsində Azərbaycandan olan idman jurnalistlərinin sözügedən ölkəyə səfəri planlaşdırılır.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN