booked.netbooked.net booked.net  

Dadaş Dadaşbəyli üç qızıl medal sahibi olub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı  Elşad Hacıyev sosial media hesabında məlumat verib.
"Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında polis baş leytenantı Dadaş Dadaşbəyli üç qızıl medal qazanaraq Avropa çempionu adına layiq görülüb. Həmkarımızı qələbə münasibətilə təbrik edirik!", -deyə o qeyd edib.
Xatırladaq ki, Dadaş Dadaşbəyli toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
İdmançı ötən gün vətənə dönüb.
Qeyd edək ki, Dadaş Nurulla oğlu Dadaşbəyli 15 iyul 1996 Qobustan rayonunda anadan olub.

İdman ustası – ağırlıqqaldıran 2010-cu ildə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatının bürünc medalçısı olub. 2012-ci ildə gənclər arasında Respublika birinciliyində gümüş medal qazanaraq milli komandaya dəvət alıb. 2013-cü ilin sentyabrında Litvanın Klaypeda şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada qızıl medal qazanıb. 2014-cü ilin noyabrında Kiprin Limassol şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində birdən və təkanla qaldırma, həmçinin toplamda gümüş medal qazanıb. 2015-ci ilin oktyabrında Litvanın Klaypeda şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində birdən və təkanla qaldırma, həmçinin toplamda qızıl medal qazanıb. 2014–2015-ci illərdə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatlarının qalibi olub. 2021-ci ilin aprelində Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında birdən qaldırma hərəkətində qızıl, toplamda isə bürünc medal qazanıb. 2022-ci ilin aprelində Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında 109 kq çəki dərəcəsində birdən-birə 3 (üç) Azərbaycan rekordunu – həm birdən qaldırma, həm təkanla qaldırma, həm də toplamda — qıraraq tarixi nəticəyə imza atıb. 2022-ci ilin avqustunda Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 102 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində gümüş medal qazanıb. 2023-cü ilin avqustunda Belarusda keçirilən II MDB Oyunlarında 109 kq çəki dərəcəsindən bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. 2023-cü ilin sentyabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatında 109 kq çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkəti, həmçinin toplamda bürünc medalı qazanıb.

2022-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Dadaş Dadaşbəyliyə idmandakı fəaliyyəti yüksək qiymətləndirilərək  mənzil hədiyyə edilib.

JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN