booked.netbooked.net booked.net  

Deyilənə gprə, Milli Kulinariya Mərkəzinə məxsus bir neçə sənəd itib.

Bu sənədlər sırasında (Forma M-2) AİÜ seriyalı 050053-050090 nömrəli (38 ədəd) vəkalətnamələr və (Forma KO-1) AÖP seriyalı 346243-346300 nömrəli (58 ədəd ) kassa - mədaxil orderləri var. Həmin sənədlər itdiyi üçün etibarsız elan olunub.

Həmin sənədlərin nə zaman və hansı şəraitdə itdiyi haqqında məlumat öyrənmək üçün Milli Kulinariya Mərkəzinin direktoru Orxan Fikrətoğlu ilə əlaqə saxlanılıb.

Orxan Fikrətoğlu suallarına cavab verməkdən yayınıb.

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin keçmiş rəhbəri Tahir Əmiraslanov isə bildirib ki, sənəd itə və xarab ola bilər: “Mən nə vardısa, hamısını təhvil vermişəm. Oranın 4 aydır başqa rəhbəri var. Sənəd itə də, yana da bilər. 10 il öncə zirzəmini su basmışdı, sənədlər xarab oldu və Mədəniyyət Nazirliyinə bildirdik. Ofisi dəyişəndə kitablar, diplomlar xarab olmuşdu”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN