booked.netbooked.net booked.net  

...Səhər-səhər "Təzadlar"ın oxucularından biri maraqlı mesaj göndərib... ...Bəli, FHN-dəki məlum sarsax olayın psixoloji təsirlərini uzun illər görəcəyik. Məsələn, oxucu yazır: "...İşdəyəm. Allah, Allah, bu gün hardan doğub, arvad ayrı vaxtı itirib-axtarmazdı, indi zəng edir: "Nə tez getmisən, çay içmişdin?" Deyirəm, hə, narahat olma... Yarım saat keçir mobilə zəng gəlir, "İşdəsən?". Deyirəm, əlbəttə, məruzə yazıram, YAP-ın sentyabr iclası üçün...
Yarım saat keçir, bu dəfə iş telefonuna zəng gəlir: "İşdəsən?" Deyirəm, hə də, bayaq dedim axı... "Yox, öz otağındasan? Bəs niyə tövşüyürsən??? Kondisionerin altında çox oturma...". "Liftdə basabas idi, pilləkanlarla çıxmışam... Nə olub ki?!"- əsəbi halda dillənirəm... 
Maraqlıdır, arvad mənim soyuqdəyməmi də düşünməyə başlayıb...
Aradan yarım saat keçir, bu dəfə şəhər nömrəsinə zəng gəlir, baxıram ki, evdəndir, götürmürəm... Bir dəqiqə keçmiş mobilə zəng gəlir, açıram: "Nədi, eşidirəm, əlimdə vacib iş var... Tez de...".
Arvad susur, nə desin... Mən dillənirəm: "Ay o polkovnikin...".
Hə, günlərələ işə zəng etməyən arvad nəvələri ilə məşğul olmaq əvəzinə indi başlayıb mənim "qayğıma" qalmağa...".
 Gördünüzmü, hər ziyanda bir xeyir də var sən demə...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN