Можно ли перевоспитать армян с обремененной генетикой

Можно ли перевоспитать армян с обремененной генетикой

Средневековый армянский Дадиванк, расположенный в оккупированном Азербайджаном Карвачарском районе Арцаха, передан в управление удинской общине.

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ BİLƏR

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ BİLƏR

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ərəb respublikasının şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar m...

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR Kİ...

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR Kİ...

Prezident İslam dünyasına müraciət etdi

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ!

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ!

Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür...

TBİLİSİNİN MƏRKƏZİNDƏ GENİŞMİQYASLI MİTİNQ BƏRPA EDİLİB

TBİLİSİNİN MƏRKƏZİNDƏ GENİŞMİQYASLI MİTİNQ BƏRPA EDİLİB

Ötən gecədən Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən parlament binası önünə toplaşıblar.

XÜSUSİ İSTİNTAQ QRUPU JURNALİSTLƏRƏ TƏZYİQİ ARAŞDIRIR

XÜSUSİ İSTİNTAQ QRUPU JURNALİSTLƏRƏ TƏZYİQİ ARAŞDIRIR

Ötən gün Tbilisidə aksiyanı işıqlandıran jurnalistlərə qarşı polis basqısı olub...

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-X HİSSƏ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-X HİSSƏ

Yaramaz insanlar haqqında         Həyat sevinc bulağıdır. Ancaq yaramaz insanlar  bu bulaqdan su içdkdə bulaq zəhərlənir.         Mən təmiz hər şeyi...

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co” LTD ŞİRKƏTİNİN ŞİKAYƏTİ ARAŞDIRILIR

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co” LTD ŞİRKƏTİNİN ŞİKAYƏTİ ARAŞDIRILIR

(Şəkildə: solda-Rəşad Qasımov, sağda-Kənan Zeynalov) Çinin "Beijing Nubway S&T Co” LTD şirkətinin şikayəti əsasında Antiinhisar və İstehlak Bazar...

ŞOU ƏHLİNƏ ADLI TƏQAÜD 200 MANAT, VETERANA 80 MANAT?

ŞOU ƏHLİNƏ ADLI TƏQAÜD 200 MANAT, VETERANA 80 MANAT?

Toyları 15-20 min manata oxuyan Xalq artistinə hər ay 200, Əməkdar artistinə 150 manat, amma canını Vətən yolunda əsirgəməyərək, qələbə qazanan və dir...

MEDİA

30-Noy-2024 By Asif Memmedov

TBİLİS…

Ötən gecədən Hökumətin qərarına etiraz edən vətənd

Detay

 “Şair olan öz ömrününü yaşamır, Dərdin-qəmin bol ömrünü yaşayır.” Ruhun şad olsun, Zəlimxan Yaqub...

Nə gözəl demisən. Sanki ürəyimi oxuyub qələmə almısan bu misraları. Xeyli vaxt idi məhz bu mövzuda, şeirlərini sevə-sevə oxuduğum, sosial mediada, dövrü mətbuatda ardıcıl izlədiyim  AYB Sumqayıt bölməsinin sədri, könlümün, ruhumun şairi Gülnarə Cəmaləddin haqqında, onun yaradıcılığının  özünəməxsusluğu barədə yazmaq istəyirdim. Bir neçə dəfə onun şeirləri haqqında yazmışam. Hətta “Qəhvə rəngi” adlı ilk kitabı barədə  geniş rəy də hazırlamışdım.

Çox xoşuma gəlir onun şeirləri. Tamam fərqli yanaşması var poeziyaya. Poeziya onun üçün dəyərlərin ən alisi, düşüncənin ən safı, yaşadığı həyatın rəngsiz, boyasız tərəfidir. Qısası poeziya onun ruhunun aynasıdır. Söz düşəndə özü isə deyir ki, “poeziya  ruhun  qidasıdır. Yaradıcı insanın aldığı nəfəsdir. Baxır o nəfəs kimə nə qədər  verilib.  Poeziya  insanın ömrünü  alır,  amma əvəzində  çox  az  şey  verir. Həmin  o  insanlar da dünyanın ən xoşbəxti  olur.  Poeziya  ilə  sözün  alt  qatına enə bilirsən. Poeziyanın, şerin dilində  Allahla  danışa bilirsən,  onunla  təmasda  olursan.  Poeziya  gerçək şairlərin  ümumi  dilidir” .

Baxın, nə qədər təbii yanaşma, nə qədər dolğun və məntiqli bir baxışı var poeziyaya. Bu fikirlərdən həm də İlahilik görünür. Bu fikirlərdə yardana çox böyük məhəbbət, doğmalıq, yaxınlıq var. Təsadüfdən deyilməyib ki, şairlər Allaha ən yaxın bəndələrdi. Çünki onlar da yaradırlar, cansız sözə nəfəs verib əsrlərlə yaşadırlar. Xanım şairənin yaradıcılığını vərəqlədikcə açıq görünür ki, o insan ömrünü  şair ömrünə qurban verib, əvvəldə dediyim kimi “dərdin-qəmin bol ömrünü yaşayıb”.

Gülnarə xanım sözə çox həssas yanaşır. Onu incitməkdən qorxur. Sözün  nazını çəkməyi bacarır. Bu naz onu heç vaxt hövsələdən cıxartmır.  Həmişə urvatlı olmasına çalışır. O üzdən də zorla heç nə demir. Rununu dolaşan söz onun daxili dünyasını oyatmasa, arxasınca çəkib aparmasa, onu ondan alıb uzaqlara daşımasa qələmə almır demək istədiyi sözləri. Bu da təbii ki, ona həmişə sevgi gətirib, oxucularının sayını artırıb.

Bu yaxınlarda onun bir şeirini oxudum. Ani bir görüntüdən bu qədər təsirləndiyindən heyrəttləndim. Ilahi, bu insanın duyğuları nə qədər pakdır. Bu şeir necə yaranmışdı? Qazax rayonundan şəhid anası toyda həmişə şəhid balasının oynadığı “Misiri” havası sifariş verir və oynayır. Bu görüntülər məni elə tutmuşdu ki, gözüm yaşla dolu paylaşmışdım və qısaca yazmışdım: “Bu ana oynamadı. Düşmənə də, ölümə də meydan oxudu. Baxın, şəhidlərimizi  belə analar doğub. Bu millət heç vaxt məğlub olmaz.” Paylaşımdan az sonra Gülnarə xanım yazdığı rəylə kifayətlənmədi. Ürəyimi göynədən, içimi yandıran və həmən yaranan şeiri ilə bu mərd ananın yanında oldu, yazdığını da  göndərdi mənə.

                                     O nə Misri idi oynadın,qadın,

                                     Yandı ürəyimin başı, göynədi.

                                     Yer qaçdı ayağım altından,qadın.

                                     Bu yurdun torpağı, daşı göynədi.

 

                                      İllərdi bu yurdun qızı, gəlini,

                                      Cəngi havasına oynayır, qadın.

                                     Sənin çəkdiyini nə bilsin naşı,

                                     Qanın niyə coşub, qaynayır,qadın?!

 

                                     Oyna,Misri deyən dilinə qurban,

                                     Bircə qatlanmasın dizlərin,qadın.

                                     Bax belə,başını dik tut əyilmə,

                                     Qoyma yaşla dolsun gözlərin, qadın.

 

                                       Misri havasına qolun götürüb,

                                       Şəhid balasını ağlayan qadın.

                                       Yerlərə, göylərə meydan oxuyub

                                       Dərdiylə dünyanı dağlayan, qadın.

                                     

                                      Sağ ol, sınmaz yerim, fəxrim, qürurum,

                                       Tarixi tarixə bağlayan, qadın.

                                       Qaldırıb bayraq tək Ana adını

                                       Daim ucalarda saxlayan, qadın!

gulnare-1

            Budur Gülnarə xanımın həssaslığı, acılara köklənib ictimai şüura yazılması. O bu ananın acısını sözün həqiqi mənasında özünün şəxsi acısı kimi yaşadı. Bu acını istedadını gücü ilə tarixə döndərdi, ananın məğrurluğunu dünya ilə bir elədi.

Gülnarə xanım indi təkcə Azərbaycanda tanınmır. Dünyanın bir çox ölkələrində çap edilir və oxunur. Təkcə onun Türkiyə ilə ədəbi əlaqələrinin tarixinə və inkişafına nəzər saisaq bu söz fədaisinin nə qədər şərəfli  yol tutduğunu görərik. Bu gün Sumqayıt ədəbi mühiti ilə Türkiyə ədəbi mühiti arasında elə bir körpü qurub ki, uzun illər söz-sənət adamları bu körpüdən rahatlıqla keçəcək, qardaş ürəklərindən qopan sözlərə birlikdə köklənəcklər. Özünün dediyi kimi qardaş Türkiyənin Mersin, Kayseri,  yazarları ilə sıx ədəbi əlaqələri var. Oradakı yazarların əsərlərini Azərbaycan ədəbi dilinə uyğunlayıb  səhifələrində yayır. Bölmə üzvülərinin şeirlərini isə Türkiyə ləhcəsinə uyğunlayıb oradakı “Kanal 2000”  televiziyasına göndərir, dəyərli xanım şair Mübrra Gönen  də  “Damla-damla şeir” proqramında  səsləndirir. Eləcə də “Anamur sedr”, “Makı”  dərgilərində sumqayıtlı şairlərin şeirləri  çap olunur. İstedadlı yazıçı, Azərbaycan sevdalısı Çinar Arıkan və çox gözəl şair Mustafa Doğanın vasitəsilə. Türkiyə ilə Azərbaycan arasında ədəbi əlaqələrin yaranmasında şair Fethi Akının çox böyük zəhməti var. Gülnarə xanım araşdırmaçı, yazıçı İsa Kocakaplanın “ Türkü söyləyən şəhərlər”, Abdullah Ayatanın “Son erməni” əsərlərini də Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Bunlardan əlavə tanınan türk bəstəkarı  Ayzer  Büyüker istedadlı    şair  Sabir  Sarvanın   “Qarabağlı uşaq” və  Çaldıran ağrısı” şeirlərinə mahnı   bəstələyib, klip çəkilib və televiziyalarda nümayiş  etdirilib. Bu mahnı sözün həqiqi mənasında dinləyicilər tərəfindən çox sevilib və böyük  uğur  qazanıb. Görülən bu işlər isə Türkiyə  mətbuatında  böyük  rezonansa səbəb olub.

Dediyinə görə uşaqlıqdan şerə, sənətə böyük maraq göstərib. Onun doğulduğu Yardımlıda isə o dövrdə  qızların şeir yazmağı qəbul edilə bilməzdi. Hərə bür cür düşünərdi. Hər “ağzıgöyçək” bir söz danışardı. Amma Gülnarə xanımın bəxti  onda  gətirib  ki,  rayon  üzrə  ilk  ali təhsilli insan  onun əmisi Canəli Niftiyev olub.  Özü də ziyalı ailədə  doğulub. Ailəsi həmişə təhsilə önəm verib.  Elə atasının, anasının elmə, təhsilə ciddi yanaşması sayəsində də ali təhsil alıb və yaradıcılığa başlayıb. Ona ədəbiyyatı anası sevdirib. Evlərində olan böyük kitabxanada nə qədər kitab var idisə anası onun hamısını oxuyb və məzmununu uşaqlarına başa salıb. Əzbərdən şeirlər söyləyib.

            Mən onun doğulduğu mühitə, böyüdüyü ocağa yaxşı bələdəm. Düz 4 il o rayonda işlədim, Yardımlı qəzetində müxtəlif vəzifələrdə çalışdım. Rayonun mənəvi dyərlərinə hörmətlə yanaşdım. Əslində bu 4 ildə daha bir universitet bitirdim. İnsanlıq, halallıq və bütün dəyərlərin qorunub saxlanıldığı bir universitet. Ən sadiq dostlarım da bu gün həmin rayondandır. Gülnarə xanımın əmisi Qurban dədənin, əmisi oğlu Rasim müəllimin çörəyini yedim. Halal bir dostluq, qardaşlıq elədim onunla. Ocaqlarını ocağım, övladlarını qardaşım-bacım bildim. Yardımlının ən səfalı, ən ziyalı potensiallı kəndi olan Bərcan onların hesabına mənə də doğma oldu. Sevdim, ürəkdən bağlandım bu kəndə. Günlərin birində də Gülnarə xanımın da bu kəndin, bu ocağın qızı olduğunu öyrəndim. Uşaq kimi sevindim. Onun ilahi istedadı isə mənə tanıdığım ocağın həm də tanımadığım tərəflərini tanıtdı. Poeziya, ilahidən glən istedad, sözün çəkisinə qədir-qiymət vermək dəyərini yaddaşıma birdəflik həkk elədi. Önəmlisi də odur ki, Günarə Cəmaləddin bu gün həm də Yardımlının tanınan ilk şair xanımıdır. Əslində bunun özü də tarixi bir dəyərdir və o da bu xanımın taleyinə yazılıb.

gulnare-3

 

            Gülnarə yaşadığı, fəaliyyət göstərdiyi Sumqayıtın ictimai-siyasi həyatında da çox fəaldır. Ədəbi fəaliyyəti ilə yanaşı o həm də vətəndaş mövqeyindən də çxış edir və şəhərinin, ölkəsinin uğurlarına sevinir, onları tərənnüm edir.

Prezident İlham Əliyev “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” imzaladığı sərəncamda onun adının olması dediklərimin sübutu, fikirlərimin  təsdiqidir.  Sərəncamla Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə təltif olunanlar arasında AYB Sumqayıt bölməsinin sədri  Gülnarə Cəmaləddin də ( Niftiyeva Gülnarə Şirinəli qızı ) var idi və  xanım şair “Tərəqqi” medalı ilə təltif edilmişdi. Bir daha deyim ki, öz istedadı və yaradıcılığı ilə seçilən şairlərdəndir Gülnarə Cəmaləddin. Onun yaradıcılığında diqqət çəkən çox məqamlar var və ən önəmlisi isə  o oxucusunu sözün sehrinə sala bilir, könlünü asanlıqla fəth edir. Sözə böyük dəyər verən bu xanım sözlə birgə ucalır. Onu duymaq, dərk eləmək olduqca asandır.  Çünki o çox sadə yazır, yaratdığı poeziya incilərinin vasitəsilə  fikrini asanlıqla oxucuya çatdıra bilir, yazdıqlarına çox böyük məsuliyyətlə yanaşır. Sanki o, öxucusu ilə üz-üzə dayanıb danışır.

Azərbaycan ədəbiyyatınının cəfakeşlərindən biri, sözün qədrini düşündüyümdən də artıq dəyərləndirən, hər misrasında böyük bir dünya yaşadan, sözü də özü kimi səmimi və saf olan Gülnarə Cəmaləddinin bu mükafatı təkcə ona aid deyildi ki... Bu mükafat onu sevən çoxsaylı oxucularının, əslində ədəbiyyatımızın idi. Gülnarə xanım sözlə doğulub, sözlə yaşayıb, sözlə də yaddaşlara hopub. O sevilib, sevdiyi Vətənin həqiqi mənada övladına çevrilib.  Elə o üzdən də sevilən və ürəklərə köçən şairlərin mükafatı həm də sevənlərinindir.

Poeziya fədasisi olan Gülnarə xanımın bir neçə şerinə diqqət yetirsək fikirlərimi oxucu daha aydın anlaya bilər.

                                               Sən payız rüzgarları kimi

                                               gəlib keçdin ağlımdan.

                                               Taladın yarpaq- yarpaq,

                                               sındırdın budaq- budaq,

                                               əkdin torpaqlara cismimi,

                                               mən təzədən göyərən deyildim axı…

            Hikmətə baxın, sözün bədii cilasından yaranan fəlsəfəyə diqqət edin. Çox orjinal bir deyimdir, elə deyilmi?

Başqa bir şeirində isə şair ölümünə fikrini bildirir. 4 misrada həyatın şair adlı övladının fəlsəfəsini qoyur oxucusunun qarşısında. Bir şair ömrünü bu cür açmaq məncə çox inandırıcıdır.

                                              Tanrının ən yaxın bəndələridi,

                                              Özü təklənəndə bilir şairlər.

                                              Şairçün ən böyük varlıq sözdü, söz

                                              Sözə yüklənəndə ölür şairlər.

            Gülnarə Cəmaləddinin həyata baxışı da tam təbii, eyni zamanda olduqca maraqlı və fərqlidir. Görün o həyatı kimlərə və nəyə bənzədir.

                                              Sən atamın dərdi qədər kübar,

                                              Anamın göz yaşları qədər zalım.

                                              Bir uşaq oyuncağı qədər aldadıcı,

                                              Bir sevda qədər məsum.

                                              Bir ölüm qədər amansız,

                                              Daşlara adlar yazacaq qədər vəfasız…

Biz ziyalı kimi həyatın bu cür olduğunu anlayırıq. Amma hamımız belə poetik yanaşmada həyatın təsvirini verə bilirikmi?  Əlbəttə ki, yox. Bax şairlik budur, uca Allahın lütf etdiyi istedad budur.

            Gülnarə Cəmaləddin ölümə də çox maraqlı münasibət göstərir. Çoxlarının qaçıb gizləndiyi ölümə elə incəliklə yanaşır, sanki onu incitmək istəmir.

                                                Hamı səndən gizlədib,

                                                Daldaladı özünü.

                                                Sən can alan gözəlsən,

                                                Kim gördü ki, üzünü?

            Gülnarə xanımın atası Şirinəli Niftiyev adlı-sanlı həkim olub, anası evdar qadın. Ailədə 8 uşaq olublar. 5 qız,  3 oğlan. Oğlanlardan biri 19 yaşında dünyasını dəyişib. Bu vaxtsız itki Gülnarənin bütün dünyasını tarimar edib. Uzun illər özünü ələ ala bilməyib. Elə indinin özündə də hara baxsa onu görür.

                                               Qalx... keçim bəzəkli tabutun altdan,

                                               Yanıram odun da bal dadır,qardaş.

                                               Sevgidə,insafda bu naqis dünya

                                               Gör necə adamı aldadır,qardaş.

                                              

                                               Müddətsiz olmaz ki, küsülülük də,

                                              Gəlmişəm...qolunu dola boynuma.

                                              Əyilib qamətim, bükülüb qəddim,

                                              Hələ də dünyanın matam oynuna.

 

                                             O nə yuxudu ki,yatırsan elə,

                                             Oyan daş yatışlım, səbrinə qurban.

                                           Yasəmən, bənövşə çiçəkləyibdi,

                                            Boyuna biçilən qəbrinə qurban.

Son vaxtlar isə Gülnarə xanım daha bir əzizini itirib. Hələ ili belə tamam olmayıb. Canı qədər sevdiyi bacısını-Gülafətini torpağa tapşırıb. Bu da onu çox göynədib.

                                Dağı duman alar,könlümü qübar,

                                Baharmı göndərdi ölümü nübar?

                                Mənim ümidimə hər gün qar yağar,

                                Nə sən qayıdarsan, nə bahar gələr.

 

                               Əlimi üzmərəm son günə kimi,

                               Gəmirir ruhumu qəm güvə kimi,

                               Gözlərəm Allahdan möcüzə kimi,

                               Nə sən qayıdarsan, nə bahar gələr.

 

                             Daha nə səbr var, nə ayrılıq var,

                             Arada qəbir var, qarşıda ölüm.

                            Adini zikr edər hər gün göz yaşim.

                            Nə sən qayıdarsan, nə bahar gələr.

Ata-ana, qardaş-bacı itgiləri nə qədər üzücü olsa da Gülnarə dözüb. Yazıb, yaradıb, kədərin qanadlarında şairliyin ali mərtəbəsinədək ucalıb. Bir ailə kədərini ictimai şüura ötürə bilib. Oxucusu da onunla bərabər ağlayıb, sızlayıb və özünün dediyi kimi ölüm adlı can alana gözəl kimi baxıb. 

Uşaqlığı isə daha çox  nənəsinin yanında keçib Gülnarə xanımın. Nənəsi o taylı qızıydı. O da sinəsi bayatı, ağı doluydu. Ayrılığın əsil üzünü də hələ uşaq yaşlarından nənəsi tanıdıb ona.

Son olaraq demək istəyirəm ki, dərdi bol olanın yaratdığı söz həmişə qiymətlidir Təqdinm etdiyi hər şeiri yadda qalan və uğurludur. Elə ən böyük söz ustadları da dahiliyə acıların gözündən keçib yüksəlib.

Dərd bir də qapını döyməsin, Gülnarə xanım. İstedadın tükənməsin, təbin həmişə aşıb daşan, çağlayan  olsun.

Qalib Rəhimli

 

Pin It

CƏMİYYƏT

02-Dek-2024 By Asif Memmedov

Можно ли перевоспитать армян с…

Средневековый армянский Дадиванк, расположенный в

01-Dek-2024 By Asif Memmedov

LAÇIN: AZADLIĞIN MÖHTƏŞƏM 4 İLİ…

Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin iş

27-Noy-2024 By Asif Memmedov

ÇİNİN "BEİJİNG NUBWAY S&T Co”…

(Şəkildə: solda-Rəşad Qasımov, sağda-Kənan Zeynalo

SİYASƏT

02-Dek-2024 By Elbar Şirinov

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ…

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb

01-Dek-2024 By Elbar Şirinov

ABŞ VƏ AVROPA BİRLİYİ UTANMALIDIR…

Prezident İslam dünyasına müraciət etdi

23-Noy-2024 By Elbar Şirinov

ƏRDOĞAN NETANYAHUNUN HƏBSİNƏ ORDER VERİLMƏSİNƏ…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq

23-Noy-2024 By Elbar Şirinov

TÜRKİYƏ UKRAYNA MÜNAQİŞƏSİNDƏ QƏRBİN MÖVQEYİNİ…

Kiyevi silahla təmin edən ABŞ və Avropa Ukrayna mü

21-Noy-2024 By Asif Memmedov

COP29-A ŞOTLANDİYADAN DA DƏSTƏK GƏLDİ:…

Ötən gün Şotlandiya Parlamentində "COP29-un sülh q

MƏDƏNİYYƏT

29-Noy-2024 By Asif Memmedov

DAMM İB-NİN İDARƏ HEYƏTİ…

“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İB

28-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİNİN X QLOBAL FORUMDA…

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivi

28-Noy-2024 By Asif Memmedov

HİMALAY, HİNDİSTAN, ÇİN, BUTAN, NEPAL:…

 ...Yer kürəsinin dağ kəməri fransız Alpından başl

27-Noy-2024 By Elbar Şirinov

HƏFTƏBECƏR

Elza Seyidcahan ona verilişlərin birində “xalqa tə

25-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİ BMT SİVİLİZASİYALAR ALYANSININ…

26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şə

24-Noy-2024 By Asif Memmedov

MƏDƏNİ İRSİ NECƏ ÖYRƏNİRİK?- VİDEO

"Miras" mədəni irsin öyrənilməsinə kömək İctimai B

KRİMİNAL

02-Dek-2024 By Yasemen Memmedov

İXRACDAN ƏLDƏ OLUNAN VƏSAİTLƏRİ ÖLKƏYƏ…

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olu

02-Dek-2024 By Elbar Şirinov

BALAKƏNDƏ EVİNDƏ KÜLLİ MİQDARDA NARKOTİK…

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyat

02-Dek-2024 By Elbar Şirinov

YARDIMLIDA NARKOKURYERLİKLƏ MƏŞĞUL OLAN QOHUMLAR…

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkoti

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

02-Dek-2024 By Elbar Şirinov

SURİYA HƏRBÇİLƏRİ BİR GÜNDƏ TERRORÇULARIN…

Suriya hərbi qulluqçuları Rusiya Aerokosmik Qüvvəl

02-Dek-2024 By Elbar Şirinov

BARBOK ÇİNİ UKRAYNA MÜNAQİŞƏSİNİ QIZIŞDIRMAQDA…

Almaniyanın xarici işlər naziri Annalena Barbok de

02-Dek-2024 By Elbar Şirinov

DÖVLƏT EKOLOJİ TƏHLÜKƏSİZLİK XİDMƏTİNDƏN İCTİMAİ-İAŞƏ…

Ölkə ərazisində fəaliyyət göstərən bir sıra restor

02-Dek-2024 By Elbar Şirinov

"TƏMƏL DALĞIC KURSU"NUN NÖVBƏTİ BURAXILIŞ…

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ord

02-Dek-2024 By Elbar Şirinov

XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ MƏRAKEŞDƏ…

27-29 noyabr 2024-cü il tarixində Azərbaycan Respu

02-Dek-2024 By Elbar Şirinov

FOTOMÜXBİRLƏR MOSKVADA TASS-IN SEMİNARINDA İŞTİRAK…

Noyabrın 25-dən dekabrın 1-dək Rusiyanın Moskva şə

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

22-Noy-2024 By Elbar Şirinov

SOS! COVID-19 PANDEMİYASINA SƏBƏB OLANDAN 30…

Arktika Üzən Universitetinin alimləri Şimal Buzlu

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

02-Dek-2024 By Yasemen Memmedov

QAZAXI…

Qazaxıstan Respublikasında 2024-cü ilin noyabr ayı

TƏHSİL

02-Dek-2024 By Yasemen Memmedov

QIŞ AY…

Dekabr ayıdır, saat 8-ə qalır, amma hələ də alaq