booked.net booked.net  

Aktrisa Cennifer Lopez Dominikan Respublikasında "Mənim pirat toyum" filminin çəkiliş meydançasında ölə biləcəyini deyib.

Bu barədə "Daily Mail" yazır.

O, həyatını çəkiliş ortağı Coş Duhamelin xilas etdiyini bildirib. O olmasaydı, aktrisa uçurumdan yıxıla bilərdi. O qeyd edib ki, müəyyən bir nöqtəyə qədər çəkilişlər "olduqca yaxşı" getdi.

"Həqiqətən, bir dəfə uçurumdan yıxıldığım istisna olmaqla... Bu, çox qorxulu idi", - Lopez bildirib.

Qeyd edək ki, "Mənim pirat toyum" filmi 2023-cü ilin yanvarında böyük ekrana çıxdı. Filmin rejissoru Ceyson Mur, ssenari müəllifi isə Mark Hammerdir. Rollarda: Jennifer Lopez, Cosh Duhamel, Lenny Kravitz və başqaları.

Filmin süjetinə görə, piratlar baş qəhrəmanların toyuna soxularaq qonaqları girov götürürlər. Yeni evlənənlər hamını xilas etməli və bir-birlərini həqiqətən sevib sevmədiklərini öyrənməlidirlər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN