booked.netbooked.net booked.net  

...Hər kəsin bildiyi bir həqiqətdir ölüm. Halbuki ölüm çox yaxşı bilinsə də, bir çox insanlar ölüm haqqında düşünmür, yaxud da ölümü özündən uzaq görür, dünya həyatının heç bitməyəcəyini zənn edirlər.

Ölümlə bağlı söhbət düşəndə “Allah uzaq eləsin”, “ağzını xeyirə aç” və s. kimi ifadələr işlədərək mövzunu dəyişməyə çalışırlar. Hal-hazırda dünyada yaşayan və mütləq şəkildə ölümlə qarşılaşacaq insanlar niyə onu özlərindən uzaq görürlər? Niyə insanlar ölümdən sonrakı həyatı haqqında düşünüb onun üçün yaşamırlar?

 Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)

Ölüm haqqında nə qədər düşünülməsə də, bu mövzudan qaçınılasa da, ölümlə hər birimiz qarşılaşacağıq. Ancaq ölüm son deyil, ölüm sadəcə olaraq bu dünyadakı həyatımızın sonu, axirət həyatımızın başlanğıcıdır. İnsan nə qədər bu dünya üçün çalışsa da, çox yüksək məqamlara çatsa da, edəcəyi nə qədər işlər qalsa da, yenə də qarşılaşacağı son ölümdür. İstər varlını, istər kasıbı, istər alimi, bir sözlə, ölüm hər kəsi gözləyir, yaşadığımız hər an da bizi ölümə doğru aparır. Bundan başqa, insanlarda yanlış fikir var ki, ölüm yalnız qocalar və xəstələr üçündür. Xeyr, ölüm bir qocaya nə qədər yaxındırsa, bir cavana da o qədər yaxındır. Bir xəstəyə nə qədər yaxındırsa, həyat dolu gənc bir insana da o qədər yaxındır. Heç kəs ölümü özündən uzaq görməməlidir.

 Demək olar ki, hər gün həyatımızda, sosial şəbəkələrdə, qohum-əqrəbalar arasında bu cür ölüm xəbərlərini eşidirik, hətta çox yaxınlarımızı belə itirə bilirik. Ancaq bir çox insan müəyyən müddət bunun təsiri altında qalsa da, çox qısa zamanda bunu unudur və yenidən dünya həyatına özünü qapdıraraq heç ölməyəcəkmiş kimi yaşayır. Bizə can verən Allahdır, bizi dünyaya gətirən və yaşadan da Allahdır. Allah dilədiyi və qədərdə yazdığı zamanda da bir gün canımızı Ona təhvil verəcəyik.

Yaşadığımız dünya həyatında imtahan olunuruq, bu imtahanlar sayəsində əxlaqımız ortaya çıxır: insan dünyadakı əməlləri sayəsində ya cənnətə, ya da cəhənnəmə gedir. Dünya həyatı nə qədər uzun, gözəl, sonsuz görünsə də, unutmayın ki, bir gün ölümlə qarşılaşacaqsınız. Sabah üçün, yaxud da bir neçə illər üçün plan qura bilərsiniz, ancaq bu planların reallaşıb-reallaşmayacağı məlum deyil. Məlum olan odur ki, sizi ölüm gözləyir, bu ən labüd plandır. Bunun üçün hazırlıq görməyi unutmayın. Allah üçün etdiyiniz heç bir şey boşuna deyil, hər şeyin ən gözəli ilə qarşılıq tapacaqsınız inşaAllah. İnsana düşən yaşadığı bu qısa həyatını ən gözəl şəkildə Allah üçün yaşamasıdır.

 Sənə ölüm gələnədək Rəbbinə ibadət et. (Hicr surəsi, 99)

Nəzakət Bədirova,

"Təzadlar"ın xüsusi müxbiri

(İndoneziya, Cakarta)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN