booked.netbooked.net booked.net  

 (Hüseyn Kürdoğlunun xatirəsinə)

 “İblisin torundan çıxa bilmirik” – misra istedadlı şairimiz Hüseyn Kürd­oğ­lu­na məx­­susdur. Və şairin 25 il əvvəl yazdığı “Ya İmam Əli” adlı şeirinin birinci mis­­­ra­sı­dır. Arxivimi vərəqləyirdim, “Cahan” jurnalının 1997-ci il yanvar – mart sa­yın­da qar­şı­laşdım. Demək istərdim ki, mərhum şairi ötən əsrin 70-90-cı il­lə­rin­dən tanı­yır­dım, şeirlərini oxumuşdum. Rastlaşmış və səmimi görüşmüşəm. Çox təb­li və məh­sul­dar şairdi, məxsusi görkəmi vardı, sıx dalğalı saçı onu daha əzə­mətli göstərirdi.

Türkiyədə – qardaş ölkədə baş vermiş qeyri – adi fəlakət – zəlzələ belimizi bük­­dü, minlərlə günahsız insanın dağıntı altında həlak olması faciəsinə tab gətir­mək elə də asan deyil – dözəsən. Dünyanın insanlara gətirdiyi bir bəladır, bu ha­di­sə on il­lər keçsə də unudulmayacaqdır və unutmağa haqqımız yoxdur: Körpələr ana – ata­sız, nənə – babalar övladsız, qohum – əqrəbalar bir-birindən xəbərsiz dün­ya­la­rını də­yişdilər, məkanları cənnət olsun!

Fəlakət hər bir insanı – əgər onda Allah duyğusu, Allah rəhmi, Allah mərhə­mə­­ti varsa... kədərlənməyə bilərmi?! Belə bir fəlakət dəhşətli faciə – itkisini ağıla sı­ğışdırmaq qeyri – mümkündür.

Hüseyn Kürdoğlunun Dünyanın hara üz tutduğunu, insanlara fəlakətlər gə­tir­di­yini öncədən duymasını fəhmlə şeirə gətirməsi məni maraqlandırdı.

 Neçin məhvərindən çıxır bu dünya,

Əyridir bəlkə də ərşin təməli,

Ya İmam Əli!

 – deyən şairə haqq qazandırardım.     

 Nəslin kəsilməmiş Əbu Süfyanın,

Hələ də göynəyir mənfur əməli –

                                                   Ya İmam Əli!      

 Hüseyn Kürdoğlu vətənpərvərlik hissiylə yaşayan şairdir, o, yaşadığı Dün­ya­nın başına hansı oyunlar gəldiyini və gələcəyini proqnozlaşdırırdı. O, arzulayırdı adam­­lar xoşbəxtlik üçün doğulmuşlar, buna onların haqqı çatır, bu insanlar bir-bi­ri­ni ba­şa düşməli, bir-birini sevməli, çünki onlar dünyaya övladlar gətirmişlər, bu va­ris­lər insanlığı kəşf edəcəklər! Lakin şairə bəllidir millətin həmişə ürəyi yaralı ol­­muş­dur, üzü gülməmişdir, min bir faciələrlə üz-üzə dayanmışdır. Tarix boyu mil­lə­ti hə­ya­tı naminə, azadlığı naminə ölümə belə getmişdir, köləliyin nə olduğunu ru­hən id­rak etmişdir, pıçıldamış ki, bütün əziyyətləri, əzab və işgəncələri açıq gözlə qar­şıla­maq gücünə malikdir. Və təəssüf hissilə xatırlatmışdır:

 Mənimdir sinəsi yaralı millət,

Yoxdur insaniyyət, yoxdur ədalət.

Düşüncə varmı ki, nədir bu vəhşət,

Dərdimdən dəliyəm, dəliyəm, dəli –

                                                   Ya İmam Əli!      

 Dünyanı məvhərindən çıxaran, yerindən oynadan məhz insan varlığı deyil­mi? Tə­biəti harmoniyasından çıxaran, ahənginə mane olan İnsan zəkası deyilmi? Pla­neti öl­dürücü silahlarla, yandırıcı raketlərlə silkələyən, yerin alt qatlarını səthə çı­xaran dün­yanın günahı nədir? Vaxtilə yazıçı T.Eliot yazmışdı ki, Dünya gurul­tu­dan deyil, za­rıya – zarıya məhv olacaqdır, – haqlı idi. Qəribə taleli insana vəhşət his­si haradan gə­lir – Allah – Təala da bundan xəbərsizdir yaratdığı bəndənin naqis­li­yindən. İnsan öz ömrünün qısalığını belə, hesabata almır, “əylənir”, buna antik fi­lo­soflar da reak­si­ya vermişlər. Belə ki, insan ömrünün qısalığına toxunan Ərəstu Hip­pokratla birlik­də Təbiəti təqsirləndirmişlər ki, marallara, qarğalara, başqa hey­van­lara daha çox ömür verdiyi halda, yüksək məqsədlər üçün yaranmış insanları çox dar, qısa sər­həd­lər­lə məhdudlaşdırılmışdır. Lakin filosof Seneka müdrikliklə ca­vab vermiş ki, qısa hə­yatı bizə vermirlər, onu biz özümüz belə edirik, bizim hə­ya­tımız kasıb deyil, am­ma biz onu istismar edirik, həyatdan bacarıqla istifadə olun­sa o, çox uzundur.

Belə məqamlarda insan iddialarında insan iblisləşir, iblis toruna bələnir. Şair Hü­­seyn Kürdoğlunun misraları səslənir, iblisi “aldada” bilmirik.

 İblisin torundan çıxa bilmirik,

Fəndgiri güləşib yıxa bilmirik,

Göz açıb dünyaya baxa bilmirik,

Bizi nişan alır namərdin əli –

                                                   Ya İmam Əli!     

 

 

Boylu qadınların kəsildi başı,

Qalmadı dağların daş üstə daşı,

Qanlı selə döndü elin göz yaşı,

Gör kimdir qalmalı, kimdir ölməli –

                                                   Ya İmam Əli!        

 Hüseyn Kürdoğlu üzünü İslam dininə tutur – İslam həmişə qeyrət – namus rəm­­zi olubdur, xeyirxahlığa çağırmışdır bəşər övladını. Türk həmişə ucalmış, əmə­li ilə şöhrətlənmişdir, hərçənd enişləri və yoxuşları da baş vermişdirsə, onun bay­ra­ğı en­məmişdir. Necə edəsən ki, naqis insanlar bəd əməlləri ilə Dünyanın başına min oyun açmış, açmaqdadır. İnsanlar yaranmış və savada yiyələnmişlər – Allahı in­kar edir­lər, onun mövcudluğunun təftişilə məşğuldurlar. Qurana bayağı gözlə ba­xır­lar, be­lə­lərinin ruhu yoxdur, canı var, Allahı tanımaq istəmirlər, cahillər Allahı xə­yal və qor­xu xəzinəsində axtarırlar, beləliklə özlərini dərk etmirlər, halbuki Al­lah özünü­dərk­dən keçir. İnsan Allahın xəlq etdiyi nadir incidir, hər hansı sənət əsə­ri sənətkar­dan xəbər verdiyi kimi, ana Torpaq, onun insanları əmanətdir, bir sənət əsə­ridir, onu fə­lakətlərin ağzına ötürməməliyik. İnsanların neqativ niyyətlərinin, əməl­lərinin və id­dialarının nəticəsidir fəlakətlərin qurbanı olar günahsız övladlar, on­ların mənəvi və maddi dəyərlərinin də qiyməti puça dönər.

 Gərəkdir kükrəsin islam qeyrəti,

Hanı Zülfüqarın ulu şöhrəti!?

Qalmamış qələmin qədri – qiyməti,

Samandan ucuzdur gövhəri – ləli –

Ya İmam Əli!

Allahverdi Eminov,

yazıçı-publisist

 

 

 

 

  

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN