booked.netbooked.net booked.net  

Akif Hüseynli

Əziz və istəkli dostum, qardaşım, iş yoldaşım Bayram Məmmədova

Qurtardı töhmətdən torpağım, elim,

Yadların içində uzandı dilim,

Sevincdən açıldı Xarıbülbülüm,

Yadıma düşdükcə hər qaya, hər daş,

Yaman darıxıram, yaman, a qardaş!

 

Daha istəmirəm xəyala dalam,

Azad ellərimə ürəkdən salam,

İstərəm kənddəki evimdə qalam,

Qurusun gözümdən axıtdığım yaş,

Yaman darıxıram, yaman, a qardaş!

 

Yenə Şahbulağın suyundan içəm,

Qaraman dağından çiçəklər seçəm,

O, Çoban dağının yoncasın biçəm,

Sən də bu dağlarda ol mənə yoldaş,

Yaman darıxıram, yaman, a qardaş!

 

Kəndlərdə qurulsun toy mağarları,

Ağsaqqal tez kəssin mal-davarları,

Fərraş cərimələsin oynayanları,

Bəyin də başından tökülsün şabaş,

Yaman darıxıram, yaman, a qardaş!

 

Nə olar tezliklə Ağdama köçək,

O Çay evimizdə yenə çay içək,

Ağdamdan hay vurub, Laçından keçək,

Gözəl bulaqlardan su içəydik kaş,

Yaman darıxıram, yaman, a qardaş!

 

Fələk ayaq üstə, qəsdimizdədir,

Yanırıq əlamət tüstümüzdədir,

Şükür ki, adımız üstümüzdədir,

Adımızdan yoxdur dəyərli daş-qaş,

Yaman darıxıram, yaman, a qardaş!

Bakı şəhəri 3 aprel 2021-ci il

Bayram Məmmədov

Bir az da səbr elə, darıxma, qardaş!

Töhmətdən qurtaran elimə şükür,

Hər yanda uzanan dilinə şükür,

Sevincdən açılan gülünə şükür,

Bir az da səbr elə, darıxma, qardaş!

 

Yenə bulaqların suyun içərik,

Gözəl çəmənlərin otun biçərik,

Ən gözəl gülləri bir-bir seçərik,

Bir az da səbr elə, darıxma, qardaş!

 

İnşallah, qurarıq toy mağarların,

Kəsərik o yerin mal-davarların,

Xətrinə dəyməyək oynayanların,

Bir az da səbr elə, darıxma, qardaş!

 

Xarıbülbül enib - gəlib Ağdama,

Vartanların gözlərinə ağ dama,

Sağlıq olsun, biz gedərik Ağdama,

Bir az da səbr elə, darıxma, qardaş!

 

Bu günü göstərdi bizə Xudaya,

Dövlət bayrağımız yüksəldi Aya,

Ali Baş Komandan getdi Şuşaya,

Bir az da səbr elə, darıxma, qardaş!

13 aprel 2021-ci il

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN