booked.netbooked.net booked.net  

Bu gün Azərbaycanda ilk dəfə Füzuli Şəhəri Günü qeyd olunur.
Bu barədə Füzulidəki bayram tədbirnə qatılan Mİlli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O, xatırladıb ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Vüqar Bayramov diqqətə çatdırıb ki, Füzuli yenidən tikilir və öz sakinlərini doğma qoynuna almaqda davam edir. Onun sözlərinə görə, növbəti 17 il ərzində Füzuliyə qayıdanların sayı 50 minə çata biləcək.
"Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır. 3 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu.
Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Qarabağın hava qapısı olan Füzuli şəhəri son 2 ayda minədək döğma sakinlərini qarşılayaraq yeni mərhələyə qədəm qoyub.
Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir", - deyə deputat bildirib.
Vüqar Bayramov yenidən tikilən Füzuli şəhərinin əvvəlkindən daha böyük ərazisi olacaq və burada piyada, avtomobil yollarından başqa, velosiped yolları da çəkilir.
"Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Füzuli Şəhər Gününüz Mübarək!", - deyə V.Bayramov qeyd edib.
Qeyd edək ki, 1993-cü ildə Füzuli rayonu Ermənistan SQ-i tərəfindən işğal edilir. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi işğaldan azad edilir. 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunmuşdur.

Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfər olub. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. 

2020-ci ilə qədər rayonun 1993-94-cü illərdə işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. Qəsəbələrdən 12-si ("Qayıdış" qəsəbələri) ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. 2021-ə qədər ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN