booked.netbooked.net booked.net  

"Xalq yazıçısı" onun gedişini gözləyənlərə "səbr" arzulayıb...

Məlum olduğu kimi, 2022-ci ilin oktyabrın 26-da keçirilmiş Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında baş verənlərdən sonra uzun illərdir AYB-yə sədrlik edən "Xalq yazıçısı" Anarla bağlı baş verən narazılıqlar daha da artdı.

Bunun səbəblərindən biri isə həmin Qurultayda AYB-nin üzvü, Prezident təqaüdçüsü  Emil Rasimoğlu və AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Fuad Cəfərlinin AYB sədrliyinə namizədliklərini versələr də, səsverməyə çıxarılmamaları və beləliklə, “Xalq yazıçısı” Anarın alternativsiz olaraq səsverməyə çıxarılması və təbii ki, qalib gələrək daha 5 il müddətinə sədr seçilməsi olmuşdu.

Narazılıqlardan digəri isə bu günlərdə guya AYB-nin bir qrup şəxsə mənzil verməsi idi, hansı ki, sonradan birlik bu məlumatı təkzib etdi.

Bu gün isə "Xalq yazıçısı" Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib...

O, KİV -ə verdiyi açıqlamasında onun AYB rəhbərliyindən getməsini gözləyənlərə daha 3 il səbr etməli olduqları barədə mesaj verib.

“Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam”, - deyə Anar vurğulayıb.

Onun sözlərinə görə, başladığı bəzi məsələləri yekunlaşdırmalıdır və hesabatı da onu seçən qurultaya verməlidir...

Xatırladaq ki, "Xalq yazıçısı" Anar uzun illərdir ki, AYB-yə sədrlik edir. Beləki o, ilk dəfə 1991-ci ildə - Yazıçıların  IX Qurultayında AYB sədri seçilib. Və davamlı olaraq sonrakı qurultaylarda da liderliyi əldən verməyib.

Hazırda yazıçının 85 yaşı var.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN