booked.netbooked.net booked.net  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış yazıçı, publisist və jurnalist Mircəfər Seyidovun İstanbulda türk dilində nəşr olunmuş “Peyğəmbər” romanının təqdimatı keçirilib...

Kitabxanadan "Təzadlar"a bildirilib ki, tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, AJB-nin üzvü Lətifə Məmmədova açaraq qonaqları və tədbir iştirakçılarını salamladı, böyük Qələbə, tarixi Zəfər münasibəti təbrik etdi. Daha sonra Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. L.Məmmədova əməkdaşımıza tədbir barədə daha ətraflı danışıb: "...Əvvəlcə M.Seyidovun həyat və yaradıcılığı haqqında məlumat verildi. Qeyd olundu ki, M.Seyidov idman jurnalisti kimi də çalışıb. O, XX əsrin 80-ci illərində Şuşada keçirilən Xarıbülbül Musiqi Festivalında və Vaqif Poeziya Günlərində jurnalist kimi iştirak edib. Cəsur döyüşçü kimi ermənilərlə döyüşərək özünümüdafiə batalyonunu yaradıb. Mircəfər Seyidovun “Peyğəmbər” romanı həm kitabxanaçılar, həm də oxucular tərəfindən böyük maraqla qarşılanıb. Roman Məhəmməd Peyğəmbərin həyatı və Peyğəmbərlik dövrünü bədii formada əks etdirir. Hilanə Babayeva öz çıxışında qeyd etdi ki, tədbirimiz çox gözəl və İlahi günə təsadüf edir. Allahın Rəsulu Həzrəti Peyğəmbərin qızı xanım Fatimeyi Zəhranın bu yaxınlarda şəhadəti günü oldu. Əsəri oxuduqca, baş verən əhvalatları çox həyəcanla qarşılayırsan. Əsərdə təsvir olunur ki, Peyğəmbərin əmisi düz yolda olmadığı üçün Allahın ona qəzəbi tutur, onun barəsində “Təbbət” surəsi nazil olur. İlk vəhyi aldığında boynuna düşən məsuliyyətin ağırlığını düşünərək narahatlığını dilə gətirdikdə xanımı Həzrəti Xədicə onu ruhlandırıb deyir: “Sən Allahın Rəsulusan, əsla narahat olma, Allah səni əsla utandırmayacaq, sənin vəzifən Allahın sözünü onlara çatdırmaqdır”. Burada Həzrəti Peyğəmbər Həzrəti Xədicə kimi həmdəmi, sirdaşı olduğu üçün Allaha şükürlər edir. Romanda biz Peyğəmbərin cahiliyyət dövründə qadına, xanımına dəyər verdiyinin şahidi oluruq. Afət Ağayeva öz çıxışında bildirdi ki, Həzrəti Peyğəmbərin həyatı bizim üçün böyük nümunədir. Romandakı hadisələrdə haqq-ədalət, insanları pis əməllərdən, günahlardan çəkindirmək kimi əhəmiyyətli olan insanı dəyərlər aşılanır. Əsərin maraqlı anlarından biri də odur ki, azğınlaşmış bütpərəstlər insanların Allaha yaxın olmasının, dinin yayılmasının qarşısını almağın yeganə yolunu Həzrəti Məhəmmədi məhv etməkdə görürlər. Ona sui-qəsd etmək istəyirlər. Ümumiyyətlə romanda islam dininin yaranmasında çoxlu itkilərin olduğunu, lakin buna baxmayaraq insanların Allaha daha möhkəm bağlandığını görürük. Romanın sonunda Həzrəti Peyğəmbərin ikinci vətəni olan Mədinəyə köçdüyünü və bu şəhəri islam dininin mərkəzinə çevirdiyinin şahidi oluruq...".

ujkjk

 Həmsöhbətimiz onu da əlavə etdi ki,  oxucu Bağıyət Tağıyeva qeyd edib ki, bəşəriyyəti yaradan Allah onu sahibsiz yaratmayıb. Bu dünyada əməl və davranışları ilə insanlara nümunə olan, haqq və həqiqətləri insanlara öyrədən peyğəmbərləri və onlarla birlikdə İlahi dəvətləri göndərib. Son Peyğəmbər olan Allahın elçisi Həzrəti Məhəmmədin həyatı bizim üçün böyük nümunədir. Bu gün hər birimiz Peyğəmbərin həyatını öyrənməyə, onun yüksək əxlaqını örnək götürüb yaşamağa çalışmalıyıq. B.Tağıyeva yazıçıya yaradıcılıq uğurları arzulayaraq qeyd etdi ki, bu əsər müasir dövrdə gənclərimiz üçün çox əhəmiyyətlidir, bütün uşaqlar, böyüklər hər gün Qurani-Kərimi oxuyub, insani, ədəb və əxlaqi keyfiyyətləri öyrənməlidirlər. Quran bizim stolüstü kitabımız olmalıdır.   Yeganə Qafarova isə yazıçı M.Seyidovu yenicə Türkiyədə tərcümə və nəşr olunmuş “Peyğəmbər” romanının işıq üzü görməsi münasibəti ilə təbrik edib. O, Mircəfər Seyidovun “Qəfil oyanış” kitabı ilə tədbir iştirakçılarını tanış edibi. Və qeyd edib ki, povest və etüdlərdən ibarət olan bu kitabda islam dini haqqında məlumatlar sadə dildə oxuculara təqdim olunub. Əsərin qəhrəmanı Şirinin dini-fəlsəfi görüşləri, vətən, cəmiyyət barədə fikirləri, yaradıcılıq düşüncələri çox maraqlı və əhəmiyyətlidir. Müəllifin bu əsərində narkomaniya, Qarabağ münaqişəsi və həyatımızda baş verən digər problemlərə toxunulub. Kitabda yazıçımız Mircəfər müəllim gəncləri, ziyalıları, tanıdığı və tanımadığı hər kəsi, bütün insanları Allahı tanımağa, “Siratəl müstəqim” yoluna dəvət edir. Tanınmış yazıçı, publisist, Q.R.Derjavin ordeninin mükafatçısı Nüşabə Məmmədli isə vurğulayıb ki, bu gün Mircəfər müəllimin günüdür. "Mən gənc yazıçı olanda M.Seyidov mənim əsərlərimi Bərdə şəhərində çıxan yerli qəzetdə çap etdirdi. Mircəfər müəllimin çox güclü qələmi var. Peyğəmbərdən hər yazıçı yaza bilməz, onun boynuna biçilib bu əsəri yazmaq. İman Mircəfər müəllimin boyunda, taleyində, ömründə, həyatında cilalanıb...". Şair Nafilə Abuzərli isə qeyd edib ki, kitabxanada bu cür dəyərli əsərlərin təbliğ edilməsi təqdirə layiqdir. Belə kitabların yazılması çox gözəldir. Çox sevinirəm və təşəkkür edirəm ki, Mircəfər müəllim belə əsər yazıb, xalq onu yaşadacaq, bu əsər tarixi əsərlər sırasına daxil olunacaq. Yazıçı Mənzər Niyarlı Mircəfər Seyidova yaradıcılıq uğurları arzulayıb, "Peyğəmbər” romanının Azərbaycan dilində ikinci nəşrinin hazırlanmasının zəruri olduğunu bildirib. "Mən Mircəfər müəllimə uzun ömür arzulayıram, həmişə yazıb yaratsın...". 

 Nigar Seyidova yazıçı Mircəfər Seyidovu təbrik edərək “Vağzalı” şeirindən bir parça oxudu. Tədbirin sonunda yazıçı Mircəfər Seyidov tədbir iştirakçılarına minnətdarlığını bildirdi və gələcək yaradıcılıq planlarından danışdı. Yazıçı və jurnalist M.Seyidova M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu statusu verildi və o, Fəxri fərmanla təltif olundu. Təqdimatda yazıçı və jurnalist Mircəfər Seyidovun yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirin bədii hissəsində Beynəlxalq müsabiqələr laureatı, xanəndə Maya Cəbrayılova “Qaragilə”, “Sarı gəlin”, “Şuşanın dağları” mahnılarını və bir neçə muğam ifa etdi. 167 №-li tam orta məktəbin şagirdləri Nuray Rzaquluzadə, Dəniz Vəliyeva, Fatimə Məmmədova, Teymur Həsən, Əli Hüseynov, Dəniz İsgəndərli, Əli Məmmədzadə, Fərhad Ağayev, Camal Həsənov “Qələbəsiz dönmərəm” və “Ey Vətən” mahnılarını ifa etdilər. Bədii rəhbər məktəbinm musiqi müəllimi Aynurə Quliyevadır. Oxucu Umleyla Rzazadə “Adı gözəl, özü gözəl Məhəmməd” şeirini səsləndirdi. Yazıçı Mircəfər Seyidov şəxsi kitabxanasından M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına çoxlu sayda kitablar hədiyyə etdi. 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN