booked.netbooked.net booked.net  

...Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən

layihələrdə fəal iştirak edən kitabxananın Fəxri oxucuları öz yeni əsərlərini mütamadi olaraq kitabxanaya təqdim edir. Şair Esmira Günəş vətənpərvərlik ruhunda  yazdığı “Ana Vətən Azərbaycan” şeirini kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə təqdim etdi. Şeirdə Vətənə, azad, doğma torpaqlarımızda dalğalanan üçrəngli  bayrağımıza, sevgi, sədaqət tərənnüm olunur. Şeirdə Zəfər nəğməli azad Azərbaycan vəsf edilir...

Ana Vətən Azərbaycan

 Azərbaycan torpağı igidlər yetişdirib,

Qarabağdan oğullar bizə müjdələr verib.

O mənfur düşmənlərdən azad olub torpaqlar,

Ən uca zirvələrdə dalğalanıb bayraqlar.

 

Nəhayət Natəvanın ruhu rahatlıq tapıb,

Xudayarın təsnifi dillərdə əzbər olub.

Hopub Vətən sevgisi damardan axan qana,

Biz can qurban edərik doğma Azərbaycana.

 

Vətən bizə anamız, balamız tək əzizdir,

Bu sevgi elə safdır, büllurtək tər-təmizdir.

Uşaqkən dil açanda "Ana Vətən" deyirik,

Biz Vətəni bir ömür ölümünə sevərik.

 

Ən gözəl duaların içindədir Vətənim,

O mənim yurd yerimdir, odur mənim məskənim.

Hər nəfəsi gözəldir, hər dağı, hər dərəsi,

Dolaşır diyar-diyar Vətənimin nəğməsi.

 

Qoruyarıq əbədi hər qarış torpağını,

Öpüb, əzizləyərik üçrəngli bayrağını.

Uğrunda ölüm olsa geriyə çəkilmərik,

Bircə qarış torpağı biz düşmənə vermərik.

 

Üçrəngli bayrağımın mavisidir türklüyüm,

Qırmızı şəhid qanı, qırmızı özgürlüyüm.

Yaşıl islam dinimiz, müsəlmanıq həmd olsun,

Bir də ay ulduzu var bayrağımız qorunsun.

 

Var müzəffər ordumuz, tarixə dastan yazan,

Düşmənin öz əliylə özünə quyu qazan.

Təmizlədik torpağı mənfur ermənilərdən,

Gərək həddin bildirək o murdarlara hərdən.

 

Bir də ayaq basmasın, gəlməsin torpağıma,

Toxunmasın əlləri Qarabağda bağıma.

Mənim xalqım hər zaman sülh içində yaşasın,

Qarabağ tarixində gözəlliklər başlasın...

 "Təzadlar"

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN