booked.netbooked.net booked.net  

 Bu gün, 12 dekabr  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.

Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, müstəqil dövlətimizin inkişafı dövrüdür. Ümummilli Lider Heydər Əliyev böyük tarixi şəxsiyyət, müdrik dövlət xadimi olmuşdur. 1993-cü il 15 iyunda Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın gələcək tarixində mühüm rol oynadı. Atəşkəsin dayandırılması, Milli Ordumuzun formalaşması, müstəqilliyimizin möhkəmlənməsi Ulu Öndərin siyasətinin nəticəsidir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 20 il ötür.

Bununla əlaqədar, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının, kitabxana filiallarının əməkdaşları və oxucular Fəxri Xiyabanda Ümummilli Liderin  məzarını ziyarət etdilər.  Onlar Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun məzarı üzərinə gül dəstələri qoydular.

 Elbar ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN