SƏHNƏMİZİN RAMİZ MƏLİKSİZ BİR İLİ...

SƏHNƏMİZİN RAMİZ MƏLİKSİZ BİR İLİ...

 Bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin ən parlaq ulduzlarından birinin, teatr və kino sahəsinin böyük bir epoxasının sonuncu magikanlarınd...

PUTİN PAŞİNYANLA GÖRÜŞMƏYİ PLANLAŞDIRMIR

PUTİN PAŞİNYANLA GÖRÜŞMƏYİ PLANLAŞDIRMIR

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.

32 İLDƏN SONRA XOCALIDA XOCALILI OLDULAR

32 İLDƏN SONRA XOCALIDA XOCALILI OLDULAR

Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb...

HAKAN FİDANLA XƏLFAN ƏL-KAABİ DƏMƏŞQƏ GƏLİB

HAKAN FİDANLA XƏLFAN ƏL-KAABİ DƏMƏŞQƏ GƏLİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətər Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Xəlfan əl-Kaabi Dəməşqə gəlib və burada Suriyanın yeni ha...

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ SONADƏK MÜBARİZƏ APARACAĞINI BƏYAN ETDİ

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ SONADƏK MÜBARİZƏ APARACAĞINI BƏYAN ETDİ

 “Sona qədər mübarizə aparacağam” - Cənubi Koreya prezidenti qiyam ittihamlarını rədd edib.

PAŞİNYAN SOYUQDAN DONUR: O, DÜZGÜN İSTİLİK VERİLMƏMƏSİNDƏN ŞİKAYƏT EDİB...

PAŞİNYAN SOYUQDAN DONUR: O, DÜZGÜN İSTİLİK VERİLMƏMƏSİNDƏN ŞİKAYƏT EDİB...

Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahının (bağ evinin) yaxşı isidilməməsi səbəbindən alternativ qızdırıcılar yandırdıqlarını bildirib və bu...

TARİX İNSTİTUTU ƏMƏKDAŞININ «TƏZADLAR»A QARŞI MƏHKƏMƏSİNİN HAZIRLIQ İCLASI KEÇİRİLDİ

TARİX İNSTİTUTU ƏMƏKDAŞININ «TƏZADLAR»A QARŞI MƏHKƏMƏSİNİN HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Qəzet rəhbərliyinin vəsatəti təmin olundu: növbəti məhkəmə iclasında qəzetə müsahibə vermiş institut əməkdaşı, tanınmış tarixçi alim Günel Aslanlı şah...

BLİNKEN ANKARAYA SƏFƏR EDƏCƏK  - SON HADİSƏLƏRİ MÜZAKİRƏ ETMƏYƏ

BLİNKEN ANKARAYA SƏFƏR EDƏCƏK - SON HADİSƏLƏRİ MÜZAKİRƏ ETMƏYƏ

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Suriyadakı son hadisələr və Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı vəziyyəti müzakirə etm...

SURAXANIDAKI "YURD" MƏRASİM EVİNİN FƏALİYYƏTİ DAYANDIRILDI

SURAXANIDAKI "YURD" MƏRASİM EVİNİN FƏALİYYƏTİ DAYANDIRILDI

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12A ünvanında fəaliyyət göstərə...

MEDİA

12-Dek-2024 By Asif Memmedov

TARİX …

Qəzet rəhbərliyinin vəsatəti təmin olundu: növbəti

Detay

 

“Kitabi – Dədə Qorqud” dastanı Şərq tərbiyə sistemində tərbiyəçiyə və ya hər bir oxucuya öz fəa­liyyətində istifadəsi üçün zəngin material verir.

Bu da tərbiyə sistemində ən qiy­mətli, ən zəngin mənbədir desək yanılmarıq. “Dədə Qorqud” dastanları üzərində tədqiqat aparan alimlər Dədə-Qorqudun şəxsiyyəti, dastanların məzmunu, əhəmiyyəti, əsərin dili, üslubu və sairə haqqında mülahizələr irəli sürmüşlər. Qeyd etmək yerinə düşər ki, bu əvəzolunmaz sənət abidəsi bir xalqın malı, sərvəti olmaqla məhdudlaşmamış, daha çox bəşəri ma­hiyyət kəsb edərək dünya mədəniyyəti xəzinəsinə qovuşmuşdur. Keçmiş irs təlim, tərbiyə və təhsil işində daim bizi müşayiət edir və etməlidir. Professor Əliheydər Həşimov yazır: “Təkcə bu günü deyil, sabahı-gələ­cəyi dərindən dərk etmək və qiymətləndirmək nöqteyi-nəzərindən də keçmişi yaxşı bilmək lazımdır. Çünki keçmiş, bu gün də olduğu kimi, gələcəklə də sıx əlaqədardır. Bu gün dünənin, sabah isə bu günün izləri olur; bir çox məsələlərdə gələcək üçün zəmin təşkil edən bu günün ağıllı, qabaqcıl fikirləri keçmişin mütərəqqi irsi ilə sıx əlaqədardır. Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir, eyni zamanda gələ­cək üçün perspektivləri daha yaxşı aydınlaşdırmaqda, tərbi­yənin daha düzgün üsul və vasitələrini tapmaqda ona yardım göstərir” (Kursiv bizimdir – K.C.).

Biz müəllifin fikri ilə tam şərikik. Doğrudan da “bulaq damcılardan, çaylar bulaqlardan, dənizlər isə çaylardan” yarandığı kimi, gələcəyin dolğun məzmunlu etnopedaqogikası da tərbiyə sahəsində ayrı-ayrı xalqların irsindəki qabaqcıl ide­ya, fikir və təcrübələrdən yaranacaqdır.

Uşaq ailənin hər bir üzvünün vəzifələri barədə ilk təsəvvürü ailədə alır. Gələ­cək ailə sahibinin tərbiyəsi bir çox amillərlə şərtlənir. Onların arasında ata-anaların həyat tərzi və davranışı mühüm əhəmiyyət daşıyır. Övlad böyü­yüb boya-başa çatdığı evdə ata və anası arasındakı münasibətləri müşahidə edir. Qar­şılıqlı anlaş­maya, səmi­miyyətə, hörmətə, etibara, qayğıkeşliyə və s. əsaslanan həmin münasibət­lər, ixtilafa yol verməmək bacarığı öz təsirini uşağa göstərir. Ata və ana oğlanlarda cəsurluq, ailə və övlad borcu, kişi qeyrəti, qızlara və qa­dın­­lara hörmət; qızlarda məğrurluq, cid­dilik, şəxsi ləyaqət hissi tərbiyə etmək­də böyük imkanlara malikdir. Bu xüsusda “Kitabi – Dədə Qorqud” das­ta­nında deyilir: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz”.

Xalqımız içərisində valideynin “üzünə qayıtmaq”, “üzünə ağ olmaq”, onun “bir sözünü iki etmək” böyük qəbahət sayılır. “Kitabi – Dədə Qorqud” dastanında bu barədə belə deyilir: “Ol zamanda (oğullar ataya müxalifət etməzdilər), oğul ata sözünü iki eləməzdi, iki eləsə, ol oğlanı qəbul etməzdilər”.

Evdə zabitəsi ilə tanınan atalar övladları üçün yeri gəldikdə analar qədər yan­mışlar. Məsələn, “Kitabi – Dədə Qorqud” dastanına nəzər salaq. Qazan xan kafirlərin əlində olan oğlu Uruzla görüşərək deyir: 

                                 Oğul, oğul, ay oğul!

                                  Qarşı yatan qara dağım yüksəyi oğul!

                                  Güclü belim qüvvəti, canım oğul!

                                  Qaranqulu gözlərim aydını oğul!

                                  Mənim  başım qurban olsun

                                  Canım oğul sənin üçün!

                                  Sən gedəli,

                                  Ağlamağım göydə ikən yerə endi.

                                  Gumbur-gumbur davullar döyülmədi,

                                  Ağır ulu divanım sürülmədi.

                                   Səni bilən bəy oğulları

                                  Ağ çıxardı, qara geydi.

                                  Qara bənzər qızım, gəlinim

                                  Ağ çıxardı, qara geydi.

                                  Qarıcıq anam qan-yaş tökdü...

Göründüyü kimi, lazım gələndə ürəyindəki övlad acısını öz övladı   qarşısında göz yaşı tökərək dilə gətirən atanı aftoritarizm, despotizm nümunəsi kimi qələmə vermək olarmı?

Həyatda müəyyən problemləri, çətinlikləri həll etmək üçün fiziki hazırlıq iradə, güclü, dözümlü olmağa ehtiyac vardır. Ona görə də ta qədimdən fiziki tərbi­yəyə xüsusi diqqət yetirmişlər. Professor Akif Abbasov haqlı olaraq qeyd edir ki, “uşaqların ailə həyatına hazırlanması məsələsinin dastanda qoyuluşu da diqqətəlayiqdir”. Ata-analar oğlan və qızlarını ev-eşik sahibi edərkən qarşı tərəfin fiziki xüsusiyyətlərini daim nəzərə almışlar. Məsələn, “Dədə Qorqud” dastanında göstərilir ki, Beyrək atasına evlənmək istədiyini söyləyərək belə deyir: “Baba mənə bir qız al ki, mən yerimdən durmadan o dursun. Mən qara qoç atıma minmədən o minsin. Mən qızıma varmadan o varsın…”.

Azərbaycan xalqının qədimliyini göstərən “Kitabi – Dədə Qorqud”dan mə­lum­­dur ki, azərbaycanlılar oğlan uşağını ailə həyatının bəzəyi, nəslin davam­çısı, vali­deynin sevinci və ümidi hesab etmiş, həmçinin sonsuzluğu böyük dərd və faciə saymışlar. Övladı olmadığına görə “qaraqayğular” içində qəhərlənən və ağlayan Bayburadan bunun səbəbini sorduqda cavab verir: “Necə ağlamayayım, necə bozlamayayım? Oğulda ortacım yox, qardaşla qədərim yox. Allah taala məni qarğayıb­dır… Bəylər, tacım taxtım üçün ağlaram.

Bir gün ola düşəm öləm, yerimdə-yurdumda kimsənə qalmaya… Mənim dəxi oğlum olsa xan Bayandırın qarşısın alsa dursa, qulluq eləsə, mən dəxi bax­sam, se­vin­­səm, qıvansam, güvənsəm – dedi” deməsi buna canlı misaldır. Yaxud, “Dir­sə xan oğlu Buğac” boyunda da ailə həya­tında övladın, əsasən də oğlan uşağının böyük rol oynadığına dair xalq fik­rini sərrast şəkildə ifadə edir.

kitabi-dede

Türk dünyasının qəhrəmanlıq dastanı sayılan “Kitabi – Dədə Qorqud”dan maraq­lı adətlər haqqında məlumat alırıq. Dədə Qorqud dastanından öyrənirik ki, gənc nəsli (oğlanları) vətənpərvərlik, qorxmazlıq, igidlik, düş­mə­nə qarşı mübarizlik, doğruçuluq, insana qayğı və məhəbbət ruhun­da tərbiyə edir və həmin tələblər baxımından da uşaqlara, oğlanlara ad qoyur­dular. Bu haq­da “Dirsə xan oğlu Buğacın boyu”nda deyi­lir ki, Dirsə xan oğlu Buğac uşaqlarda Bayandur xanın meydanın­da yoldaşları ilə aşıq oynadığı zaman qəflətən üzərinə hücum edən buğanın hücumunu dəf edib, onu öldürdüyü üçün oğuz bəyləri adqoyma mərasimi təşkil edib oğlana layiq ad qoymağı məsləhət görürlər. Qorqud ata adqoyma mərasi­min­də oğlana Buğac adı verir.

Yaxud Baybura xanın oğlu Beyrək Qara Dərbənd ağzında oğuz bəzir­gan­larının malını qarət, özlərini isə edən beş yüz kafirlə cəng edib onların üzərin­də qələbə saldığına görə ona Beyrək adı verirlər.

Qeyd etməliyik ki, hər bir ailədə ata öz oğluna və yaxud öz oğlanlarına  kişi qeyrəti, dəyanəti, cəsurluq, mərdlik, alicənablıq, igidlik, çətinliklərə sinə gərə bil­mək kimi nəcib sifətlər tərbiyə etməlidir. Xalqımızın möhtəşəm folklor nümunəsi olan “Kitabi – Dədə Qorqud” dastanı­na müraciət edək və “Qazan xanın oğlu Uruzun dustaq olduğu boy”a nəzər salaq: “Qazan sağına baxdı, qas-qas güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı oğlan­cığını, Uruzu gördü, əlini-əlinə çaldı ağladı. Qazan oğlu Uruza bu iş xoş gəl­mə­di. Babasına dedi:

– Ünüm ünlə, sözüm dinlə, ağam Qazan

            Sağına baxdın, qas-qas güldün,

            Soluna baxdın, çox sevindin.

            Qarşına baxdın, məni gördün, qan ağladın,

            Səbəb nədir, degil mana.

           Qara başım qurban olsun, ağam sana – dedi:

Qazan dedi:

– Sağıma baxdım qardaşım Qaragünəyi gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.

Soluma baxdım dayın Aruzu gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.

 Qarşıma baxdım, səni gördüm. On altı yaş yaşladın. Bir gün ola düşəm öləm, sən qalasan. Yay çəkmədin, ox atmadın, baş kəsmədin, qan tökmədin.

Uruz buna cavabında dedi:

– A bəy baba! ...Hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı öyrənər? – dedi. …Mən səndən nə gördüm nə öyrənəyim? – dedi.

Qazan əlini-əlinə çaldı, qas-qas güldü:

– Uruz xub söylədi, şəkər yedi – dedi”.

Göründüyü kimi, oğlanlar kişilik etalonuna ataları ilə ünsiyyət sayəsində, onlardan nümunə götürərək sahib olurlar. Oğlanlar kişilik şəxsiyyətini ataya bən­zəməyə çalışaraq, onu təqlid edərək qazanır. Xalqımıza görə, oğlanların kişi kimi yetişməsi, onların sadəcə fiziki inkişafı ilə bağlı olub, kişi kimi görünməsi demək deyil. Professor Ə.Əlizadə xalqımızın təfəkküründə yer almış kişilik anlayışını belə xarakterizə edir: “Kişi xarakteri üçün iradə gücü, özünə sahib olma, kişi şərəfi və ləya­qəti, xeyirxahlıq, sözübütövlük, mərdlik və s. keyfiyyətlər xasdır. Qadına müna­sibət kişi ləyaqətinin ölçüsü sayılır. Uşağın oğlan olması hələ öz-özünə onu kişi etmir. Oğlan uşağı kişi kimi tərbiyə olunur”. Eləcə də “ana haqqı tanrı haqqı kimi başa düşülür”.

1500 il tarixi olan və “milli-mənəvi dəyərlərimizdən sayılan” “Kitabi – Dədə Qorqud” dastanında Oğuz yurdunun vali­deynləri qız uşağının da dünyaya gəlişindən şad olur və həm də onu qəhrəman, eləcə də gələcəkdə həyat yoldaşı olan ərinə sədaqətli qadın-ana kimi tərbiyə edirdilər. “Patriarxal düşüncənin əleyhinə olaraq buradakı qadınların əksəriyyəti (məsələn, Burla xatun, Banu Çiçək, Selcan xatun və b.) uşaqlıqdan aldıqları tərbiyənin, alışdıqları ilə ənənələrinin, qəbilə mühitinin təsiri nəticəsində elə formalaşır ki, lazım gələndə ailə namusu, nəslin şərəfi və ədalət uğrunda kişi kimi silaha sarılır, son dərəcə dözümlü, qoçaq, qüvvətli, mərd, eyni zamanda ağıllı, tədbirli, müdrik, alicənab qəhrəman kimi çıxış edirlər”.

Qeyd etdiyimiz kimi, oğuz qızları da cəsur və igiddir. Qızların Oğuz etnik-so­sial mühiti və psixologiyası ilə şərtlənmiş olan bu xarakter əlaməti etnik birlik daxi­lində cinslərarası münasibətdə, ünsiyyətdə ən mühüm rol oynayır. Budur Banu­çiçək Beyrək ilə yarışır, onunla at oynadır, ox atır və güləşir. Yalnız Beyrək bu sınaq­dan, yarışdan qalib çıxdıqdan sonra Banuçiçək onun məhəbbətinə cavab verir.

Qanturalı Selcan xatunu almaq üçün meydanda üç heyvanla vuruşmalı olur. İkisinə qalib gələndən sonra bir qədər yorulur. Buna görə də üçüncü hey­vanla – dəvə ilə çətinliklə vuruşur. Döyüşü hündür bir yerdən seyr edən Selcan xatun: “Dəvə burnundan əzilər” – deyə Qanturalıya xəbər göndərir və bununla dəvənin zəif yerini bildirir. Ancaq Qanturalı dəvəni qızın göstərdiyi üsulla əzməyi özünə sığışdırmır: “Oğuz ellərinə xəbər gedər ki, dəvə əlində girinc olmuşdu, qız xilas elə­di”. Və Qanturalı dəvəni öz üsulu ilə məğlub edir. Oğuz­larda belə bir qayda vardı ki, döyüşdə bir igidə başqası kömək etmək istəsə icazə almalıydı… Qanturalı düş­mənləri ilə vuruşarkən Selcan xatun onun köməyinə gəlir. Qız libasını dəyişdiyi üçün Qanturalı onu tanımır və düşmənlərinə hücum edən bu şəxsin hərəkəti ona toxunur, “izinsiz döyüşə girmək bizim eldə eyibdir” – deyə ona acıqlanır.

Göründüyü kimi, Banuçiçəyin, Selcan xatunun qılınc çalması, qıılınc oynat­ması, at çapması valideynləri tərəfindən təlim-məşq zamanı öyrədilmişdir. Onu da qeyd etmək zəruridir ki, “Kitabi – Dədə Qorqud” dastanında Dədə Qorqud tərəfindən müqəddəs “Qurani-Kərim”dən sitatlar gətirilmiş, “əməyə, zəhmətə xüsusi diqqət yetirilmişdir”

Sonda belə nəticəyə gəlirik:

  1. “Kitabi – Dədə Qorqud” dastanı həm uşaqların sağlam psixi inkişafı haqqında vali­deynlərə lazımi bilik verir, həm də bu materiallar uşaq psixikasının normal inki­şafına təsir edəcək imkana malikdir;
  2. “Kitabi – Dədə Qorqud” dastanından gətirilən materiallar min illərin təcrübə süzgəcindən keçərək bu günümüzə qədər gələn və bu gün də pedaqoq və psixoloqlar tərəfindən uşaqların pedaqoji-psi­xoloji inkişafının əsas göstəricilərindən olan şəxsiyyətlərarası münasibətlərin böyük rol oynadığı sübut olunan qaynaqlardır;
  3. “Kitabi – Dədə Qorqud” dastanında olan baxış və görüşlər cəmiyyətin qəbul etdiyi milli-mənəvi dəyərlər və fəaliyyət növləri bu gün də aparıcı rol oynayır;
  4. Oğlanların və qızların fiziki cəhətdən sağlam, igid, qüvvətli, ağıllı, saf vətən övladı kimi tərbiyə olunmaları üçün “Kitabi – Dədə Qorqud” materiallardan istifadə etmək əvəzsiz imkan­lara malikdir.   

    KAMAL CAMALOV

    Pedaqogika elmləri doktoru, professor

    Azərbaycan Respublikasının Əməkdar müəllimi

    Naxçıvan Müəllimlər İnstitutu

    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

CƏMİYYƏT

13-Dek-2024 By Asif Memmedov

32 İLDƏN SONRA XOCALIDA XOCALILI…

Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı y

12-Dek-2024 By Elbar Şirinov

SURAXANIDAKI "YURD" MƏRASİM EVİNİN FƏALİYYƏTİ…

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı

10-Dek-2024 By Elbar Şirinov

ABŞ SENATORU HAKİMİYYƏTDƏN QOŞUNLARIN SURİYADAN…

Kentukki ştatının senatoru Randal Pol ABŞ-ı qoşunl

SİYASƏT

13-Dek-2024 By Elbar Şirinov

PUTİN PAŞİNYANLA GÖRÜŞMƏYİ PLANLAŞDIRMIR

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistan

12-Dek-2024 By Elbar Şirinov

HAKAN FİDANLA XƏLFAN ƏL-KAABİ DƏMƏŞQƏ…

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətə

12-Dek-2024 By Yasemen Memmedov

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ…

 “Sona qədər mübarizə aparacağam” - Cənubi Koreya

12-Dek-2024 By Yasemen Memmedov

PAŞİNYAN SOYUQDAN DONUR: O, DÜZGÜN…

Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahın

12-Dek-2024 By Yasemen Memmedov

BLİNKEN ANKARAYA SƏFƏR EDƏCƏK …

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni

MƏDƏNİYYƏT

13-Dek-2024 By Elbar Şirinov

ƏMƏKDAR ARTİSTƏ AĞIR İTKİ

Şou-biznes aləmində kifayət qədər tanınmış, rəğbət

13-Dek-2024 By Yasemen Memmedov

"DİOR" ÇANTASININ KƏMƏRİ GƏNC MODELİN…

3 il əvvəl "Vogue" jurnalı üçün çəkiliş zamanı "Di

12-Dek-2024 By Elbar Şirinov

REZA DEQATİNİN MƏRAKEŞDƏ SƏRGİSİ AÇILIB

Mərakeşin paytaxtı Rabatın Milli Fotoqrafiya Muzey

11-Dek-2024 By Elbar Şirinov

AZƏRBAYCAN-TÜRKSOY ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil

10-Dek-2024 By Elbar Şirinov

QIRĞIZ YAZIÇISI SULTAN RAYEVİN "DAŞQIN"…

Dekabrın 9-da Bakıda Beynəlxalq Türk Mədəniyyəti v

10-Dek-2024 By Asif Memmedov

EL OĞLU, ELİN OĞLU, ELOĞLU...

…Zəngilanda hamı onu belə tanıyıb, belə sevib. Bun

KRİMİNAL

13-Dek-2024 By Yasemen Memmedov

MN-NİN MALİYYƏ XİDMƏTİNİN RƏİSİ CİNAYƏT…

Müdafiə Nazirliyində mənimsəmə faktına görə müxtəl

09-Dek-2024 By Elbar Şirinov

NARKOTİKLƏ BAĞLI TUTULAN MÜTƏŞƏKKİL DƏSTƏNİN…

Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha

06-Dek-2024 By Elbar Şirinov

QUBADA 102 MİN MANATLIQ DƏLƏDUZLUQ…

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

13-Dek-2024 By Elbar Şirinov

UKRAYNADA ÖLKƏNİN YARISINDA ELEKTRİK ENERJİSİ…

“Yasno” enerji şirkətinin baş direktoru Sergey Kov

13-Dek-2024 By Elbar Şirinov

BAKIDA NARKOKURYERLİKLƏ MƏŞĞUL OLMAQDA…

Bakıda narkokuryerliklə məşğul olmaqda şübhəli bil

13-Dek-2024 By Elbar Şirinov

BAKIDA ŞİRKƏTDƏN 15 MİN MANATDAN…

Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə o

13-Dek-2024 By Elbar Şirinov

DÖVLƏT YOL POLİSİ İDARƏSI…

Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən b

13-Dek-2024 By Elbar Şirinov

DEBATÇI GƏNCLƏR YAŞIL GƏLƏCƏK ÜÇÜN…

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ət

13-Dek-2024 By Elbar Şirinov

İSTEHLAKA YARARSIZ ƏT VƏ SUBMƏHSULLARININ…

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərə

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

13-Dek-2024 By Elbar Şirinov

XIRDALANDAKI "GÜVƏN LAHMACUN" RESTORANININ FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILIB

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşer

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

13-Dek-2024 By Yasemen Memmedov

YENİ D…

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir.

TƏHSİL

13-Dek-2024 By Yasemen Memmedov

BANM-N…

Bakı Ali Neft Məktəbinin rektoru BANM-də təhsil