booked.netbooked.net booked.net  

Ötən gün “Məktəbdə...” layihəsi çərçivəsində daha bir maraqlı görüş keçirilib...
Belə ki, 22 fevral 2024-cü il tarixdə Bakının Nərimanov rayonunun 193 saylı məktəbinin qonağı dəyərli sənətkar, möhtəşəm bəstələrə imza atmış Azərbaycan Respublikasının  Xalq artisti Eldar Mansurov oldu.
 Məktəbin direktori Nihal Hacıyeva "Təzadlar"a bildirib ki, görüş zamanı şagirdlər çıxış edərək bildiriblər ki, Eldar Mansurov mənsub olduğu nəslinin musiqi ənənələrini davam etdirən görkəmli sənətçi, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
 Daha sonra bəstəkarın sənət fəaliyyətindən, yaradıcılığından söhbət açılıb, onun sevilən mahnıları səsləndirilib. Tarzən Samir Səlimov və Azərbaycan Milli Konservatoriyanın tələbəsi Hüseyn Əliyev bəstəkarın məşhur manhısı olan “Bayatıları” ifa ediblər.
eldar-man-2
 Sonra dəyərli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Eləcə də xor dərnəyinin ifasında bəstəkarın mahnıları səsləndirlib.
Ən maraqlı məqamlardan biri də bu olub ki, şagirdlərin bəstəkara ünvanlandığı müxtəlif mövzulu suallar cavablandırılıb.
Görüşün sonunda dəyərli sənətkarımız Mansurovlar ailəsinə həsr olunmuş kitabı məktəbə hədiyyə edib. Tanınmış bəstəkarla görüş məktəb kollektivinin, şagirdlərin böyük marağına səbəb olub.
JASMİN
eldar-man-3
eldar-man-4
eldar-mansur-1
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN