booked.netbooked.net booked.net  

(49-cu Baharı sənsiz qarşıladıq, əzizim)

Doğum günün sənsizləyib,

Sənsizliyi əzizləyib...

Torpağın buzu gizləyib,

Qənirə.

 

Ağlamaqda yaşıllığın,

Göyərməzdir yaxşılığın...

Olmayacaq yaşlılığın,

Qənirə.

 

Baharda payız kimisən,

Bəxti sönmüş qız kimisən...

El üçün ulduz kimisən,

Qənirə.

 

İlin olacaq payızda,

Göz yaşı tökər payız da...

Adın - duadır ağızda,

Qənirə.

 

Ahu-zarın yoxdur yeri,

Qayıtmayacaqsan geri...

Givinin Əbədi Şeiri,

Qənirə, ah Qənirə.

 

Giya Paçxataşvili

23.03.2024

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN