booked.netbooked.net booked.net  

Aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan yazar qadınlarının "60 çiçək - bir çələng" adlı ədəbi almanaxının təqdimat mərasimi oldu.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda müharibədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təqdimat mərasiminə bədii hissə ilə start verildi.

Tədbirin bədii hissəsində musiqisi və sözləri İradə Aslanovaya məxsus “Zəfər himni”, Müslüm Maqomayevin “Azərbaycan” mahnısı (Azərbaycan, rus və ingilis dillərində), Emin Sabitoğlunun “Azərbaycan” mahnısı, Özcan Cabbarinin ifasında skripkada A.Vivaldi “Fırtına” əsəri səsləndirildi. Beynəlxalq müsabiqələr laureatı, bədii qirayətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı Zəfər haqqında şeirlər oxudu. Tədbirdə “Mehriban” mahnı və rəqs qrupunun “Bayram rəqsi”, “Qızlar rəqsi” nümayiş olundu.

img-20240419-wa0021

Tədbirin rəsmi hissəsində çıxış edən Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, kitabın tərtibçi və redaktoru Lətifə Məmmədova "60 çiçək - bir çələng" kitabı haqqında məlumat verdi. O, bildirdi ki, almanax doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, böyük Zəfərimizə həsr olunub.

Sonra kitab haqqında hazırlanmış videoçarx nümayiş etdirildi.

“Ön söz”ün müəllifi, yazıçı-publisist Nüşabə Məmmədli çıxışında "60 çiçək - bir çələng" almanaxına 60 yazar xanımın hekayə, şeir, esse, əfsanə, mənsur şeir, qəzəl, nağıl və xatirələrinin daxil edildiyini bildirdi.

img-20240419-wa0020

Almanax Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Şuşamız, o zaman işgal altında olan torpaqlarımız, gözlədiyimiz Qələbə haqqında müdrik kəlamları ilə başlayır. Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın sitatları verilib.

Kitab naşir Akif Dənzizadənin rəhbərliyi ilə "Apostrof-A" Nəşriyyat Poliqrafiya müəssisəsində nəşr olunub.

Qeyd edək ki, ədəbi almanax geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Rövşanə Nağıyeva

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN