booked.netbooked.net booked.net  

Bir neçə gün əvvəl avtomobil qəzasına uğramış televiziya aparıcısı Aytən Səfərova (Piriyeva) iş fəaliyyətinə ara verməli olub.

Belə ki, aparıcı qəza zamanı aldığı xəsarətlər səbəbindən Xəzər TV-də yayımlanan "Xəbər ertəsi" proqramında efirə çıxa bilmir. 

Bu gün isə onun yerinə proqrama aparıcı Mehman Rəsulovla birlikdə verilişin redaktoru Ruzana Kərimli çıxıb. M.Rəsulov verilişi bundan sonra R.Kərimli ilə birlikdə aparacaqlarını söyləyib.

 Xatırladaq ki, baş verən ağır yol-nəqliyyat hadisəsi aprelin 17-də səhər saat 06:50 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

“Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev dünyasını dəyişib.

 Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

 

JASMİN

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN