booked.netbooked.net booked.net  

"Bu, dövlətin mənə olan münasibəti idi. Mən dövlətə xəyanət etməmişəm, amma rəhbərlərə də yaltaqlanmamışam. Onlar mənim ürəyimi, münasibətimi gördülər. Böyüklük etdilər".

Bunu Xalq artisti Flora Kərimova "yeniazerbaycan.com" saytına müsahibəsində müxbirin "Flora xanım, dövlət başçısı tərəfindən təltif olunmağınızı necə qiymətləndirirsiniz?" - sualını cavablandırarkən deyib. 

F.Kərimova bildirib ki, əslində, mənə verilən bu fəxri adlar məni müxalifət tərəfindən söyülmək riski altına saldı: "Trollar var, sosial şəbəkələrdə ağızlarına gələni yazır, sonra səhifələrini bağladırlar. Mən Prezident təqaüdümün ilkini qazilərimizə verdim. Onda da çıxdılar söydülər ki, özünə şöhrət qazanmaq üçün belə edir. 80 yaşımda mənə nə şöhrət? Mən 13 yaşımdan göz önündəyəm, ən böyük səhnələrdə, efirlərdə olmuşam, mənim bu şəkildə populyarlıq qazanmağa ehtiyacım varmı? Mənə düz danışmaq, sözübütöv olmaq gücünü torpağıma hopan qanlar verdi, bölünmüş Vətənim üçün ağladığım günlərim verdi. Mənim bütün dərdim-sərim işğal altındakı Vətən torpaqlarım olub, bunu da dönə-dönə demişəm".

Xatırladaq ki, dövlət başçısının sərəncamı ilə bu ilin iyul ayında Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Flora Kərimovaya Prezidentin fərdi təqaüdü verildi, eyni zamanda "Şərəf" ordeni ilə təltif edildi. Bu təltiflər qarşısında Xalq artistinin cavabı "Mən Sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın Sizin kimi oğlu var!", - deyərək sevincini ifadə etmişdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN