booked.netbooked.net booked.net  

İyunun 14-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasında istehsal olunan “Torpaq” sənədli filminin təqdimatı olub.

Tezadlar.az xəbər verir ki, rejissoru və ssenari müəllifi Ayaz Salayev olan ekran əsəri 1988-ci ildə azərbaycanlıların öz dədə-baba yurdu – Qərbi Azərbaycandan qovulmasından bəhs edir.

Filmin təqdimatından əvvəl Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov çıxış edərək ekran əsərini ərsəyə gəlmə səbəbindən, onun əhatə etdiyi mövzunun tarixi əhəmiyyətindən söz açıb.

Deputat vurğulayıb ki, filmin təqdimatının Milli Qurtuluş Günü ərəfəsində keçirilməsi təsadüfi deyil, çünki ulu öndər Heydər Əliyev xalqımızın deportasiya və soyqırımlarına tarixi-siyasi qiymətin banisidir. Rejissor Ayaz Salayevin 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqın soydaşlarımız haqqında çəkdiyi bir saatlıq bu sənədli film hadisələrin canlı şahidlərinin müsahibələri əsasında ekranlaşdırılmış film-səlnamədir. O əlavə edib ki, “Torpaq” filmi bizim tarixi torpaqlarımızı heç vaxt unutmadığımızın növbəti sübutudur. Düşmən də bilməlidir ki, Zəngəzur, Göyçə, İrəvan və digər mahallarımız tarixi Azərbaycan torpaqlarıdır.

Rejissor Ayaz Salayev filmin ideyasının hələ Vətən müharibəsindən əvvəl yarandığını qeyd edib. Bildirib ki, filmin məsləhətçisi Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərovdur.

A.Salayev deyib: “Bu film insanların qəlbinə, ruhuna toxunan bir tarixin lentə köçürülmüş halıdır. Əslində Qarabağ məsələsinin birinci qolu 2020-ci ildəki şanlı Zəfərimizlə həll yoluna qədəm qoydu. Problemin ikinci qolu isə Qərbi Azərbaycanla bağlıdır. Prezident İlham Əliyev də daim çıxışlarında Zəngəzurun bizim dədə-baba torpaqlarımız olduğunu dilə gətirir”.

Sonra ekran əsəri təqdim olunub.

Qeyd edək ki, ekran əsərinin operatoru Rəşad Nuriyev, musiqi müəllifi Azər Əsgərov, montaj rejissoru Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN