BU GÜNDƏN MÜƏLLİMLƏRİN VAKANSİYA SEÇİMİ BAŞLAYIR
Sentyabrın 5-də müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinə start verilib.
Sentyabrın 5-də müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinə start verilib.
Xəbər verildiyi kimi, 743 müəllim sertifikasiya imtahanında gözlənilən nəticəni əldə edə bilməyib və işlərini itiriblər.
Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.
2023-2024-cü tədris ili məktəblərdə sentyabrın 15-də başlayıb iyunun 15-də başa çatacaq.
Məlum olduğu kimi, iyun ayında Elm və Təhsil Nazirliyi tərəfindən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllimlərin sertifikasiya imtahanları keçirildi. Bu imtahanlarda bir çoxlarının nəticəsi o qədər də ürəkaçan olmayıb.