booked.netbooked.net booked.net  

Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.

TEZADLAR.AZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib.

"Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən keçən şəxslər hesabına vakant yerlər bal ardıcıllığına uyğun olaraq doldurulacaq. Bu rəqəmlər birbaşa vakansiya elanı demək deyil, çünki daxili imkanlar var. Həmin şəxslər yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaqlar", - deyə o əlavə edib.

 Xatırladaq ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb.

 

trend

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN