booked.netbooked.net booked.net  

“Bütün məktəblərdə direktor əvəzetməsi aradan götürülməlidir”.

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov son vaxtlar məktəblərdə baş verən xoşagəlməz hadisələrə münasibət bildirərkən deyib.

Millət vəkili paytaxtın 112-i saylı orta məktəbində baş verən zorakılıq hadisəsindən sonra məktəbin direktor əvəzinin işdən çıxarılması məsələsinə də toxunub: 

 “Hesab edirəm ki, burada bir neçə məqama xüsusi diqqət yetirməliyik. Əvvəllər də qeyd etdiyim kimi məktəıb direktoru seçimində onların təcrübəsi və kollektivlə işləmə bacarığı mütləq nəzərə alınmalıdır. İmtahanda uğur qazanan, amma direktor və direktor müavini kimi heç bir təcrübəsi olmayan,məktəb kollektivində çalışmayan şəxsin birdən-birə bu vəzifəyə təyin edilməsi doğru deyil”.

Onun sözlərinə görə, bütün məktəblərdə direktor əvəzetməsi aradan götürülməlidir. Millət vəkili vurğulayıb ki, əgər məktəbdə direktor vəzifəsi boşdursa, ən qısa zamanda təyinat həyata keçirilməlidir:

“Direktor əvəzi uzun müddət həmin vəzifədə qaldıqda öz işini rahat, sərbəst görə bilmir. Bu səbəblə direktor əvəzi funksiyasının ləğvi vacibdir. Direktor seçimində savad, biliklə yanaşı, təcrübə xüsusilə nəzərə alınmalıdır”, -deyə o, bildirib.

 Xatırladaq ki, son vaxtlar orta məktəblərdə baş verən qalmaqallı hadisələr gündəmi zəbt edib: direktorların müəllimlərdən pul tələb etməsi (yaxud təmir pulu yığması), məktəblinin məktəbə aidiyyatı olmayan vəzifəli şəxs tərəfindən döyülməsi, şagirdin digər şagirdlərin gözü qarşısında sinif yoldaşına xəsarətlər yetirməsi və ilaxır.

Baş verən hadisələr isə valideynlərin məktəbə olan güvənini  sarsıdır, ictimaiyyət arasında narazılığa səbəb olur.

 Qeyd edək ki, bu gün ölkənin bəzi orta məktəblərində direktor vəzifəsini əvəz edənlər icra edir.

 Hətta illərlə direktor vəzifəsi boş qalır. Və millət vəkilinin vurğuladığı kimi, bu vəzifədə əvəzedici rolunu oynayanlar “çamodan” əhval-ruhiyyəsində olduqları üçün məktəbin işlərinə də ürəkdən can yandırmırlar.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN