booked.netbooked.net booked.net  

Heç kəsə sirr deyil ki, son vaxtlar, məktəblərdə baş verən hadisələr gündəmi zəbt edib, hətta ən vacib problemləri belə geri plana atıb.

Baş verənlər ətrafında geniş ictimai müzakirələr gedir, ekspertlər rəy bildirir, necə deyərlər, qalmaqal bitmir... Hər gün yeni hadisələr...

Bəs məktəblərdə psixoloji və pedaqoji prosesin həyata keçirilməsinə məsul olan “Məktəblinin dostu” layihəsi bu işin öhdəsindən yetərincə gələ bilirmi?

 Təhsil eksperti Nabatəli Qulamoğlu da vurğulayıb ki, məktəblərdə xuliqanlıq baş alıb gedir və buna görə də “Məktəblinin dostu” layihəsi orta təhsil müəssisələrində baş verən problemləri aradan qaldıra bilmir.

"Mənfi hallar adi deyil, ictimai xarakter daşıyır. Dünyada bullinq və digər psixoloji şiddət nümunələrinə rast gəlinir, müxtəlif ölkələrdə onun fərqli formaları təzahür edir. Ölkəmizdə bullinq baş vermir, bu, ictimai hadisədir, problemin əsas səbəbi odur ki, məktəb tam özbaşınadır, direktor növbətçilik təşkil edə bilmir, bu,  formal xarakter daşıyır. Şagirdlər  dərs əsnasında 10-15 dəqiqə öz aralarında dalaşır və prosesə maraq görstərmirlər. Bu kimi ictimai hadisələrə məktəbin direktoru cavab verməlidir”, - deyib.

  Ekspertin sözlərinə görə, “Məktəblinin dostu” və psixoloqları normal şəkildə   fəaliyyət göstərməyə direktorlar imkan vermirlər.

 O, həmçinin “Məktəblinin dostu” və bu kimi layihələrə mənfi yanaşdığını da açıqlayıb:

“Problemin həlli istiqamətində ictimai mühiti dəyişməliyik. Şagirdin gözünün qarşısında sinif rəhbəri  rüşvət alır, müəllimlər öz kefində sinif otaqlarında gəzir, rəhbərlər isə pul yığmaqla məşğuldur. Bunların hamısı ört-basdır etmək xarakteri daşıyır”, - deyə bildirib.

Xatırladaq ki, bu yaxınlarda Bakıda 112 saylı məktəbdə baş verənlər gündəmi zəbt edib: bir şagirdin digərini döyməsi üçün  həvəsləndirən üçünçü şagird gülərək bu vəhşiliyi lentə alır, sonra da paylaşılır...

Və ətrafdakılar da baş verənləri seyrçi mövqedə müşahidə edirlər, qarışmırlar.

 

 Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN