booked.net booked.net  

“Mətbuat əsasən çox diqqət cəlb edəcək, oxunma gətirəcək informasiya istəyir, burada da cəlbedici başlıqların rolunun vacibliyi başa düşüləndir, amma...”

 Bu fikirləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova son vaxtlar,  bəzi məktəblərdə baş verən hadisələrin  (pul yığma, rüşvət tələb etmə, intihar, zorakılıq ... və s.) KİV-də yayımlanması zamanı yol verilən xətalardan danışarkən bildirib. 

O, media vasitələrinin təhsil sahəsinə diqqətlə yanaşmasını müsbət dəyərləndirib.

 Lakin bəzi qüsurların olduğunu da vurğulayıb:

“ Məsələn, bir media qurumu uşaqlarla bağlı zorakılıq faktı haqqında informasiya paylaşan zaman azyaşlıların fotosunu açıq şəkildə yayımlayırsa, onlar haqqında detallı məlumat verirsə, müzakirə olunan məsələdə bütün tərəflərin mövqeyi öyrənilmirsə, informasiya daha çox sosial şəbəkələrdə yayılan xəbərlər üzərində qurulursa, araşdırmaya əsaslanmırsa, təbii olaraq burada suallar meydana çıxır”,  - deyə bildirib.

  Şura sədri mətbuatda  statistik, real situasiya ilə bağlı məlumatların deyil, ümumi fikirlərin işıqlandırılıdığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, media ömrünü təhsil sahəsinə həsr edən, sistemi dərindən bilən insanlara deyil, hansısa populistin, özünə təhsil eksperti deyən şəxsin fikirlərinə yer verir.

“Mətbuat əsasən çox diqqət cəlb edəcək, oxunma gətirəcək informasiya istəyir, burada da cəlbedici başlıqların rolunun vacibliyi başa düşüləndir. Amma anlamaq lazımdır ki, təhsil sahəsi həssasdır, böyük kütləni əhatə edir. Hansısa yanlış məlumat ciddi təhlükəyə səbəb ola bilər. Həmçinin hadisənin iştirakçısı olan insanların ünvanlılığının bildirilməsi özünün kölgəsində digər problemlər doğura bilər”, - deyə Günel Səfərova bildirib.

 Əlbəttə, yaxşı olardı ki, özlərini ciddi təhsil eksperti hesab edən və bu sahəyə bələd olan şəxslər də mediaya əlçatan ola və  baş verən hadisələrə daha çevik reaksiya verələr. Belə olan halda nə şiş yanar, nə kabab...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN