booked.netbooked.net booked.net  

Direktor vəzifəsini icra edən Meiramgul Kubaşeva əmin edir  ki, yeniyetmələr cəlbedici  makiyaj edirlər, kobud sözlər işlədirlər, bəziləri hətta dərs zamanı konyak içirdilər...

***

Qərbi Qazaxıstan vilayətindəki məktəblərin birində məktəblilərin valideynləri ilə müəllimlər arasında əsl müharibə baş verib. Analar və atalar Terektinsky rayonundakı bir təhsil müəssisəsinin rəhbərliyinin işdən azad edilməsini tələb edirlər. Amma dərs hissə müdiri və direktor əmin edirlər ki, pedaqoji kollektiv uşaqlara elə sərbəstlik verib ki, onlar, hətta dərsə sərxoş halda gəlirlər.

Bu barədə Astana telekanalı  reportaj hazırlayıb.

Terekta məktəbinin akt zalında onlarla valideynin övladlarını və müəllimlərini, təhsil müəssisəsinin rəhbərliyi isə əxlaqi prinsipləri və nizam-intizamı qoruyur.

"Dərslər onlar üçün maraqlı deyil. Dünən bir şagird yenə müəllimi söydü", - deyə direktor vəzifəsini icra edən Meiramgul Kubaşeva açıqlayıb.

 Onun sözlərinə görə, məktəbdə o qədər nizam-intizamsızlıq yaranıb ki,  uşaqlar dərsə spirtli içki gətirirlər - bir dəfə kamerada şagirdi spirtli içki ilə tutdular, ikinci dəfə isə bu günlərdə baş verib

Amma valideynlər əksini iddia edirlər. Onların fikrincə, rəhbərlik məktəbdə tam özbaşınalıq yaradıb: müəllimlərin rahat işləməsinə imkan vermir, onları qorxudurlar.

İndi də onları və narazı ana - ataları məhkəməylə hədələyirlər.

Valideynlərdən biri  bildirib ki, müəllimlərə böyük təzyiqlər var, onları işdən çıxarmaqla qorxudurlar, saatlarını kəsirlər.

Qeyd edilir ki, valideynlər  təhsil şöbəsinə şikayət ediblər. Rəsmilər məktəb direktoru vəzifəsinə müsabiqə elan edildiyini bildiriblər. Və ümumiyyətlə, münaqişənin məktəbli forması üzündən alovlandığını düşünürlər.

"Meyramgül Kubaşeva dekabr ayından müvəqqəti olaraq, martın 9-na kimi direktor vəzifəsini icra edir. Sonra bu vəzifə vakant elan olunacaq. Valideynlər övladlarından məktəbli forması tələb etmələrindən hiddətlənirlər, lakin bu, qanuni tələbdir", - deyə təhsil şöbəsi müdirinin müavini Zaure Bazarqaliyeva bildirib.

Təhsil Şöbəsindən əmin ediblər ki, qalmaqallı məktəbdə tədris prosesi nəzarətdə saxlanılır.

Göründüyü ki, məktəbdə direktor idarəçiliyi bilməyəndə, məktəbdə özbaşınalıq, xaos... baş alıb gedir. Əlbəttə, övladının içki içməsində, kobudluq edib söyüş söyməsində, yaxud cəlbedici makiyaj etməsində... valideynlər də az günahkar deyil. Övladına düzgün tərbiyə verməyən bəzi valideynlər isə bütün günahı məktəbin üzərinə atmağa çalışır. Hansı ki, məktəb və ailə əlbir olaraq çalışmalıdır... 

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN