booked.netbooked.net booked.net  

Professor Şahlar Əsgərov magistr tələbələrə rəhbərlik etməkdən imtina etdiyini bildirib.

Səbəb isə budur ki, indiki magistrləri hazırlamaq çox çətindir və bunun üçün əlavə vaxt sərf olunur...  

 O, qeyd edib ki, 5-6 il öncə bir magistr tələbəsi olub və həmin tələbə magistr işini qurtarana kimi Ş.Əsgərova çox əziyyət çəkdirib.

 “Səbəbi də bu oldu ki, bu magistr DİM xətti ilə gəlib. Qız tərbiyəli idi, ağıllı idi, ancaq biliyi çox zəif idi. Onun magistr işinə rəhbərlik etmək mənə çox əziyyət verdi. Rəhbərlik üçün nəzərdə tutulan 35 saatdan 3 qat çox vaxt sərf etdim. Bu magistrdən sonra kafedra müdirinə dedim ki, mənə magistr yükü verməyin”, - deyə professor bildirib. 

O, həmçinin DİM-i  bəzi məsələlərə qarışmaqda da qınayıb.

 Və əlavə edib ki, əvvəllər magistri kafedra müdiri seçməzdi, dekan seçməzdi, dipom rəhbəri özü seçərdi.

“İndi DİM-in göndərdiyi magistrlərə rəhbərlik etmək cəhənnəm azabı çəkmək kimi bir şeydir. Başa düşmürəm ki, insanlar aidiyyəti olmayan işə sərəncam verməyə niyə maraqlıdırlar”, -deyə etirazını bildirib. 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN