booked.netbooked.net booked.net  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dövlətlərinin eyni əlifbaya keçə bilməsi barədə təklif irəli sürüb.

O, bu barədə bu gün Astana şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü zamanı bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə türk dövlətlərinin eyni əlifbaya keçməsitürk dövlətlərinin birliyini daha da möhkəmləndirə bilər.

 "Əlbəttə, birliyimizi gücləndirmək üçün dil çox vacibdir. Ortaq əlifba da mühüm komponentdir və burada prezidentlərin dəstəyi vacibdir”, - Ərdoğan bəyan edib.

 Qeyd edək ki, ortaq türk əlifbası təklifi Türk Dövlətləri Təşkilatının katibliyinə təqdim edilib. Türkiyə lideri ümid edir ki, TDT bu təşəbbüsü diqqətlə nəzərdən keçirəcək.

Xatirladaq ki, daha əvvəl Azərbaycanda da türk dövlətlərinin ortaq əlifbaya keçməsinin mümkünlüyü və əhəmiyyəti barədə təkliflərlə çıxış edənlər olmuşdu.

Hətta illər öncəsi  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” monoqrafiyası da çap olunub. Həmin momoqrafiyada türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapıb.

 

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN