booked.netbooked.net booked.net  

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı 4 aylıq layihənin icrasını tamamlayıb.

Bu barədə "Təzadlar"a İB-nin həmtəsisçisi İlham Əhmədov məlumat verdi. Sitat: "...Layihə müddətində beynəlxalq təcrübənin öyrənilməsi əsasında müasir universitet modelinin, universitetlərdə tədqiqat və innovativ fəaliyyətin təşkili və vəziyyətin təhlili aparılmış, təhlil və monitorinq işləri nəticəsində universitetlərimizdə tədqiqat və innovativ fəaliyyətin real vəziyyətinin qısa təsviri hazırlanmışdır. Tədqiqatın nəticələrinin 4 ali təhsil müəssisəsində -UNEC, ADPU, Qərb Universiteti və Azərbaycam Universitetində təqdimatı oldu. Təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirlərə 200 nəfərə yaxın iştirakçı qatılmışdır".

Xatırladırıq ki, Layihənin rəhbəri “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi dosent İlham Əhmədovdur.

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA