booked.netbooked.net booked.net  

Koronavirusa qarşı dörd peyvənd vurduran “Pfizer” (ABŞ) əczaçılıq korporasiyasının (ABŞ) baş icraçı direktoru Albert Burla Covid-19-a yoluxub. Bu barədə o, sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxıb. Pfizer-BioNTech peyvəndinin dörd dozasını qəbul etdiyim üçün minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlarım var".

 Burla həmçinin bəyan edib ki, özünü təcrid vəziyyətinə salıb, əvvəllər ABŞ prezidenti Co Baydenin qəbul etdiyi Paxlovid dərmanı ilə müalicə olunur.

 Xatırladaq ki, koronavirus  2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.

Azərbaycanda isə ilk dəfə bu xəstəlik 28 fevral 2020-ci ildə Rusiya Federasiyasının vətəndaşında aşkarlanıb. Belə ki, həmin şəxs İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub,

Qeyd edək ki, dünyada koronavirusa yoluxma sayında yenidən artım müşahidə olunur.

 Bu günə olan statistik məlumata görə, indiyədək dünyada 595 455 417 nəfər koronavirusa yoluxub. Onlardan 568 893 407 (95%) nəfər sağlığına qovuşub, 6 455 188 (1,1%) nəfər həyatını itirib. 20 106 822 (3,4%) nəfər isə hazırda xəstəliklə mübarizə aparır.

Avqustun 14-ə olan məlumata görə, Azərbaycanda birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 674 nəfər təşkil edir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA