booked.netbooked.net booked.net  

Qazaxıstanın Aktobe şəhərində birinci sinif şagirdlərinə səhvən peyvənd vurulub.

Aktobe məktəblərindən birində qalmaqal yaşanıb.

Qazaxıstan KİV-nin məlumatına görə,  42 nəfər birinci sinif şagirdinə Mantu sınağı əvəzinə vərəmə qarşı canlı peyvənd vurulub.

 Daha sonra uşaqların vəziyyəti kəskin pisləşib. İynənin yerində iltihab meydana gəlib və temperatur yüksəlib. Valideynlər izahat tələb ediblər, lakin məktəb rəhbərliyi bunun yalnız səhv olduğunu söyləyib.

 “Qızımın əli çox ağrımağa başladı. Onu qaldıra da bilmədi. İynənin yeri əvvəlcə şişdi, sonra irinləndi və partlamağa başladı. Sonra bildilər ki, qalan uşaqlar da eyni reaksiya verib. Hətta bəzilərinin qızdırması da var idi”, - deyə birinci sinif şagirdinin anası Rauşan İsayeva deyib.

Valideynlər bildirib ki, uşaqlar ağlayır, məktəb hər şeyi susdurmağa çalışır, onların əlil olmayacağına isə heç kim zəmanət vermir…

 Səhiyyə şöbəsində də məsələyə təəccübləniblər və rəsmilər əmin edirlər ki, belə hal onların təcrübəsində ilk dəfədir. Və məlum olub ki, həmin gün uşaqlara özəl tibb mərkəzinin əməkdaşları tərəfindən peyvənd vurulub, hansı ki, onlar məktəblərə dövlət sifarişi əsasında xidmət göstərirlər.

 İşi xüsusi komissiya araşdırır. Və özəl qurumun işçiləri müvəqqəti olaraq məktəbdəki işdən uzaqlaşdırılıb.

“Bəli, burada günah tibb bacısının, tibb işçilərinindir. Burada məsul mütəxəssislər, fədakar həkim və tibb bacısı var. Hər ikisi təcrübəlidir. Uzun illərdir işləyirlər. Biz müşahidə aparacağıq. Amma bəzi uşaqların müayinə və müalicəyə ehtiyacı olarsa, “Medicus Mərkəzi” bunu tam şəkildə təmin edəcək”, - deyə Aktobin vilayətinin səhiyyə şöbəsinin rəis müavini Bakıtjan Tulkibayeva əmin edib.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN