booked.netbooked.net booked.net  

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Tezadlar.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 min 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 572 nəfər müalicə olunaraq sağalıb, 10 min 280 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 678, bu günə qədər isə ümumilikdə 7 milyon 629 min 576 test icra olunub.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN